AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qubadlı və Xocavənddə hərbiçilərimizə zəruri ərzaq məhsulları göndərilib - Video

Qubadlı və Xocavənddə hərbiçilərimizə zəruri ərzaq məhsulları göndərilib - Video

Təfsilat
23 Yanvar 2021, 20:00 739
Azad edilmiş rayonlarda yerləşən qoşunlarımızın təminatının daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir.

Kaspi.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi və "Bravo" supermarketlər şəbəkəsinin təşkilatçılığı ilə bir neçə aydır davam edən dəstək aksiyası çərçivəsində növbəti dəfə Qubadlı rayonunda xidmət edən hərbi qulluqçularımıza zəruri ərzaq məhsulları göndərilib.

2399 bağlama Qubadlı rayonunda müxtəlif istiqamətlər üzrə əsgərlərə çatdırılıb. Ərzaq yardımı Xocavənd rayonundakı hərbi qulluqçularımız üçün də göndərilib.

2700-ə yaxın bağlama fərdi qaydada onlara təqdim olunub. Hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılması işləri davamlı olacaq.

Növbəti günlərdə işğaldan azad olunan digər ərazilərə də səfərlər təşkil ediləcək.