AZE | RUS | ENG |

Qubada itkin düşən azyaşlı tapılaraq valideyninə təhvil verilib

Qubada itkin düşən azyaşlı tapılaraq valideyninə təhvil verilib
İyunun 25-də gecə saat 3 radələrində Quba rayon sakini Ceyhun Cəfərov Rayon Polis Şöbəsinə azyaşlı uşağının itməsi barədə məlumat verib. Məlumatla əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində azyaşlı uşaq qısa müddətdə rayon ərazisində tapılaraq RPŞ-nə gətirilib. Polis əməkdaşları tərəfindən azyaşlının ailəsi ilə əlaqə saxlanılaraq polis şöbəsinə dəvət olunublar və övladları tam sağlam olaraq ailəsinə təhvil verilib.
Uşağın valideyni Ceyhun Cəfərov itkin düşən övladının tapılaraq sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə və gecə saatlarında göstərdikləri əvəzolunmaz köməyə görə DİN və Quba RPŞ rəhbərliyinə, eləcə də RPŞ-nin PPXB-nün manqa komandiri, polis baş serjantı Sahil Əhmədova və polis nəfəri, polis serjantı Azər Rüstəmova dərin minnətdarlıqlarını bildirib.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9069
GEL 1 1 Gürcüstan larisi 0.5911
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1256
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1811
CHF 1 1 İsveçrə frankı 1.7284
KWD 1 1 Küveyt dinarı 5.589
TRY 1 1 Türkiyə lirəsi 0.3002