• cümə axşamı, 25 aprel, 00:49
  • Baku Bakı 19°C

"Quad" liderlərlərinin növbəti sammiti Avstraliyada keçiriləcək

24.05.22 09:00 537
"Quad" liderlərlərinin növbəti sammiti Avstraliyada keçiriləcək

2023-cü ildə Avstraliya, Hindistan, ABŞ və Yaponiya liderlərinin görüşünün Avstraliya ərazisində keçirilməsi planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə hazırda Tokioda "Quad" (Dördtərəfli Təhlükəsizlik Dialoqu - red.) sammitində iştirak edən Avstraliyanın baş naziri Entoni Albaneze özünün "Twitter" səhifəsində yazıb.

"Biz "Quad" tərəfdaşlığına və azad, açıq Hind-Sakit okeanı regionuna sadiqliyimizi bir daha təsdiqlədik. 2023-cü ildə "dördlük" liderlərinin sammitinin Avstraliyada keçirilməsini səbirsizliklə gözləyirəm", - deyə baş nazir bildirib.

banner

Oxşar Xəbərlər