AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qroyssmeysterlərimiz italiyalı və ukraynalıya qarşı

Qroyssmeysterlərimiz italiyalı və ukraynalıya qarşı

İdman
18 Aprel 2013, 18:37 1205
Bu gün şahmat üzrə Qran-pri çərçivəsində 3-cü turnirə start veriləcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov təmsil edəcəklər.

Qrossmeysterlərimiz İsveçrənin Zuq şəhərində baş tutacaq turnirin ilk turunda Ukrayna və İtaliya şahmatçıları ilə qarşılaşacaqlar. Məmmədyarov ağ fiqurlarla Ruslan Ponomaryovla, Rəcəbov qara fiqurlarla Fabiano Karuana ilə zəkasını yoxlayacaq.

I tur
18 aprel


Aleksandr Morozoviç (2758, Rusiya) - Rüstəm Qasımcanov (2709, Özbəkistan)
Şəhriyar Məmmədyarov (2766, Azərbaycan) - Ruslan Ponomaryov (2733, Ukrayna)
Fabiano Karuana (2772, İtaliya) – Teymur Rəcəbov (2793, Azərbaycan)
Sergey Karyakin (2786, Rusiya) - Hikaru Nakamura (2767, ABŞ)
Aniş Qiri (2727, Hollandiya) - Veselin Topalov (2771, Bolqarıstan)
Peter Leko (2744, Macarıstan) - Qata Kamski (2741, ABŞ)

Qeyd edək ki, 11 turdan ibarət olacaq turnir aprelin 30-da başa çatacaq.