AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qrossmeysterlərimiz macar və amerikalı şahmatçılarla üz-üzə

Qrossmeysterlərimiz macar və amerikalı şahmatçılarla üz-üzə

İdman
25 Aprel 2013, 13:57 1277
Şahmat üzrə Qran-pri çərçivəsində III turnir davam edir. Apasport.az saytının məlumatına görə, İsveçrənin Zuq şəhərində baş tutan yarışın VII günündə Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov növbəti görüşünü keçirəcək.

Qrossmeysterlərimiz macarıstanlı və amerikalı şahmatçılarla üz-üzə gələcəklər. Belə ki, Rəcəbov Hikaru Nakamurayla, Məmmədyarov isə Peter Leko ilə qarşılaşacaq.

Digər görüşlərdə isə Sergey Karyakin Rüstəm Qasımcanovu, Aniş Qiri Fabiano Karuananı, Qata Kamski Aleksandr Morozoviçi və Veselin Topalov Ruslan Ponomaryovu sınağa çəkəcək.

Qeyd edək ki, 11 turdan ibarət olacaq turnir aprelin 30-da başa çatacaq.

VII tur
25 aprel


Sergey Karyakin (2786, Rusiya) - Rüstəm Qasımcanov (2709, Özbəkistan)
Aniş Qiri (2727, Hollandiya) - Fabiano Karuana (2772, İtaliya)
Peter Leko (2744, Macarıstan) - Şəhriyar Məmmədyarov (2766, Azərbaycan)
Qata Kamski (2741, ABŞ) - Aleksandr Morozoviç (2758, Rusiya)
Veselin Topalov (2771, Bolqarıstan) - Ruslan Ponomaryov (2733, Ukrayna)
Hikaru Nakamura (2767, ABŞ) - Teymur Rəcəbov (2793, Azərbaycan)

Xal durumu: Topalov, Morozoviç, Ponomaryov – 4, Karyakin, Karuana – 3,5, Nakamura – 3, Qiri, Kamski, Məmmədyarov, Leko - 2,5, Qasımcanov, Rəcəbov – 2.