AZE | RUS | ENG |

Qoz ləpəsinin qəbulu zehni inkişafı yaxşılaşdırır

Qoz ləpəsinin qəbulu zehni inkişafı yaxşılaşdırır
Qədim skiflərdə və romalılarda qoz sevimli qida sayılırdı. Ondan toy ziyafətlərində şirniyyat hazırlanması məqsədilə istifadə edilirdi və yunan qozu nikahın simvolu hesab olunurdu.
AZƏRTAC mail.ru saytına istinadla xəbər verir ki, qoz ağacının fitonsid keyfiyyətləri var, onun bitdiyi yerə həşəratlar gəlmir, həmin ərazidə güvə və milçək olmur.
Şərq təbabəti hesab edir ki, qoz beyini, ürəyi və qaraciyəri möhkəmlədir. Qədim tacik təbabətinin traktatlarına əsasən qoz ləpələrinin südlə birgə qəbul edilməsi sağlamlığa müsbət təsir göstərir və orqanizmdən zərərli maddələrin xaric olunması üçün təsirli vasitədir. Onu həzm pozğunluğu zamanı təyin edirdilər.
Bir ovuc qoz ləpəsinin qəbul edilməsi şəkərli diabet xəstələrinin ürəktutma və insult keçirməsi riskini xeyli azaldır. Bu məqsədlə diabetdən əziyyət çəkənlər üzərində tədqiqat aparılıb. Məlum olub ki, gündə təqribən 7 ədəd qoz və 24 ədəd badam yeyən diabet xəstələri bir həftədən sonra özlərini yaxşı hiss edirlər. Qoz və badam yeyən xəstələrin qanında şəkərin səviyyəsi, qan təzyiqi göstəriciləri və damar divarlarının işi xeyli yaxşılaşır. Alimlərin fikrincə, gündə bir neçə qoz ləpəsi yeyilməsi zehni inkişafa da müsbət təsir göstərir.
Bir kiloqram qoz ləpəsinə üzəri örtülənədək soyuq su əlavə edilir, günaşırı suyu dəyişdirilmək şərtilə gündə iki həftə qarışdırılır, soyuducunun aşağı gözündə saxlanılandan iki həftə sonra qəbul etmək olar.
Gündə üç ədəd qozun ləpəsi səhər və axşam qəbul edilir. Onun qəbul edilməsi orqanizmi hüceyrə səviyyəsində cavanlaşdırır, əsəb və immun sisteminin, sümük toxumalarının qidalanmasını, qan-damar sisteminin fəaliyyətini yaxşılaşdırır.
Mədəaltı vəzin (pankreatit) fəaliyyətinin pozulması zamanı onu ehtiyatla qəbul etmək lazımdır.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779