AZE | RUS | ENG |

Qoruyucu kremlərdən istifadə...

Qoruyucu kremlərdən istifadə...
Bu zaman fəsil və dərinin tipi nəzərə alınmalıdır

İsti fəsillərdə günəşin ultrabənövşəyi şüaları dəridə hüceyrələrin bərpası prosesini ləngidir, nəticədə qırışlar və piqment ləkələri yaranmağa başlayır. Xüsusilə yaz aylarında əsasən açıq dərisi olan xanımlar daha ehtiyatlı olmalıdırlar, çünki onların dərisində qoruyucu faktor azdır. Bununla yanaşı, dəridə sızanaq və səpgilərə meyilli olan xanımlar da günəşdən qorunmalıdırlar.
Bu barədə AZƏRTAC-a məlumat verən Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova deyib: "Yazda ləkəli dəriyə malik olan xanımlar aparılan prosedurları dayandırmalı, yalnız skrablardan istifadə etməlidirlər. Bu, heç də ləkənin əmələ gəlməsinin qarşısını almaq üçün deyil, dərinin strukturunu yaxşılaşdırmaq məqsədi daşıyır. Ləkələrin rəngini açmaq üçün xüsusi preparatlardan istifadə olunur və xüsusi maskalar təyin edilir”.
Onun dediyinə görə, qoruyucu kremlərdən istifadə edərkən fəsildən və dərinin tipindən asılı olaraq seçimlər etmək və yaş faktorunu da nəzərə almaq lazımdır: "Axşamlar qidalandırıcı, xüsusilə tərkibində A, C və E vitaminləri olan kremlərə üstünlük vermək lazımdır. Nisbətən gənc yaşda nəmləndirici kremlər daha yüngül, yəni ağır və efir yağlı tərkibə malik olmamalıdır”.
Qışdan sonra orqanizmin fəaliyyətində zəiflik yaranır və bu da dəridə müəyyən deformasiyalara səbəb olur. Meyvə-tərəvəzlə qidalanmaq bədənin vitaminə olan tələbatını balanslaşdırmaqla bərabər dəriyə təravət bəxş edir. Hətta ev şəraitində həmin vitaminlər vasitəsilə müxtəlif maskaları hazırlayıb istifadə etmək olar.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8859
GEL 1 1 Gürcüstan larisi 0.5804
GBP 1 1 İngiltərə funt sterlinqi 2.066
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1755
CHF 1 1 İsveçrə frankı 1.736
KWD 1 1 Küveyt dinarı 5.5894
TRY 1 1 Türkiyə lirəsi 0.2965