• cümə axşamı, 28 mart, 21:04
  • Baku Bakı 13°C

“Qorqud Ata” tamaşası nümayiş olunub

21.04.19 11:19 632
“Qorqud Ata” tamaşası nümayiş olunub
"Oş - Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi çərçivəsində Oş Vilayət Dram Teatrında "Qorqud Ata” tamaşası nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, tamaşadan əvvəl çıxış edən TÜRKSOY-un Baş katibi Düsen Kaseinov 3 min il tarixi olan Oş şəhərinin "Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasını əhəmiyyətli hadisə adlandırıb. O deyib ki, qədim Oş şəhəri dünyada tanınan nadir abidələri, tarixi şəxsiyyətləri ilə məşhurdur.
D.Kaseinov bildirib ki, Dədə Qorqud, Qorqud Ata türkdilli xalqların əfsanələrində, nağıllarında və xalq hekayələrində adı çəkilən ozandır. Qeyd edib ki, bu tamaşa Türkiyədə və Qazaxıstanda teatr festivallarında nümayiş etdirilib və mükafatlar qazanıb.
Sonra tamaşanın nümayişi olub .
Səhnə əsərinin ssenarisinin müəllifi Kayrat İmanaliev, rejissoru isə Marat Kozukeevdir.
banner

Oxşar Xəbərlər