• çərşənbə axşamı, 23 aprel, 11:10
  • Baku Bakı 20°C

Qorbaçovun 20 Yanvar faciəsi barədə etirafı heç nəyi dəyişmir

22.01.19 14:08 543
Qorbaçovun 20 Yanvar faciəsi barədə etirafı heç nəyi dəyişmir
Türkiyənin çoxtirajlı "Gözləm” qəzeti Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin 20 Yanvar faciəsi ilə bağlı məqaləsini dərc edib.
AZƏRTACxəbər verir ki, keçmiş SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçovun "Bakıda fövqəladə vəziyyət elan etmək və şəhərə qoşun yeritmək siyasi həyatımın ən böyük səhvidir” fikrini oxuculara xatırladan müəllif yazır ki, bu adi etiraf heç nəyi dəyişmir. Çünki bu düşmənçilik Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə nəticələnib.
Təcavüzkar Ermənistan ordusunun Azərbaycanın işğal altında olan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən qərar və qətnamələrin qəbul edildiyini diqqətə çatdıran müəllif bildirir ki, ağır nəticələrlə başa çatan faciələr və işğal faktının aradan qaldırılmaması təkcə Azərbaycana və türk dünyasına yox, bütün sülhsevər bəşəriyyətə hörmətsizlikdir.
banner

Oxşar Xəbərlər