AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qonşu ölkələrin ərazi bütövlüyü İran üçün hər bir məsələdən daha önəmlidir – İran XİN

Qonşu ölkələrin ərazi bütövlüyü İran üçün hər bir məsələdən daha önəmlidir – İran XİN

Təfsilat
19 Sentyabr 2021, 13:00 105
Qonşu ölkələrin ərazi bütövlüyü İran üçün hər bir məsələdən daha önəmlidir.
Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında deyib.
S.Xətibzadənin sözlərinə görə, regional əməkdaşlıq sülh və stabilliyin əsasıdır. Hazırda baş verən proseslər kollektiv əməkdaşlığa çevrilməlidir. Yeganə yol kollektiv əməkdaşlıqdır.
Xətibzadə əlavə edib ki, İran qonşu ölkələrin inkişafını öz inkişafı hesab edir. Bütün qonşular inkişaf, sülh və stabilliyin kollektiv şəkildə mümkün olduğunu bilməlidirlər.