AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qondarma erməni soyqırımı ilə bağlı əsl həqiqətlər

Qondarma erməni soyqırımı ilə bağlı əsl həqiqətlər

Cəmiyyət
22 Aprel 2021, 19:30 662
Daşnakların dənizdən-dənizə "böyük Ermənistan” dövləti yaratmaq planı Birinci Dünya müharibəsi ərəfəsində daha geniş miqyas aldı. Birinci Dünya müharibəsi ərəfəsində Osmanlı dövlətinin 3-cü ordusuna rəh¬bərlik edən Ənvər paşa Ərzurumda erməni liderləri ilə görüşündə yəqin etdi ki, ermənilər müharibə başlanacaq təqdirdə Osmanlı dövlətinə xəyanət edəcəklər. Çünki çar Rusiyası gələcəkdə müharibənin nəticəsindən asılı olaraq, Os¬manlı ərazisində erməni muxtar dövlətinin yaradılmasına təminat verməklə, bu ərazidə yaşayan erməniləri Türkiyəyə qarşı müharibəyə cəlb edə bil¬mişdi. Birinci Dünya müharibəsi ərəfəsində çar II Nikolayın Qafqaza gəlişi və ermə¬nilərə osmanlılara qarşı əməkdaşlıq təklif etməsi məsələni daha da ciddiləş¬dirdi. Çar Tiflisdəki nitqini: "Qoy, rus bayrağı altında üzən gəmilər Bosfor və Dar¬danel boğazlarında sərbəst hərəkət etsin. Qoy, erməni xalqı Rusiyanın köməyi ilə Osmanlı ərazisində öz müstəqil dövlətini qura bilsin. Çar hökumətinin himayəsi altında qan qardaşlarınızla birləşərək, nəhayət, hürriyyət və ədalət nemətlərinə qovuşacaqsınız. Ermənilərin sədaqətinə inanıram, erməni xalqını xoş gələcək gözləyir. Sizi əmin edirəm, arzunuz yerinə yetiriləcək!” kəlmələri ilə bitirdi.
Belə¬liklə, çar II Nikolayın bu qərəzli və təhrikedici çıxışı ermənilərin Rusiya tərəfindən Türkiyəyə qarşı müharibədə iştirakını təmin etdi. Türk torpaqlarının işğalı¬na və əhalisinin məhv edilməsinə hazırlaşan erməni silahlı birləşmələri erməni kilsəsin¬dən xeyir-dua aldılar.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərovun "24 aprel - qondarma erməni soyqırımı və əsl həqiqətlər” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə, həmçinin deyilir: "Çarın bu bəyanatından sonra ermənilərin bir qismi Osmanlı torpaqlarına soxulan rus ordusuna qoşuldu, digər hissəsi isə mallarını və mülklərini sataraq könüllü erməni dəstələrinə yazıldılar. Dinc türk əhalisinə qarşı həyata keçirilən qırğınlarda fəal iştirak edən ermənilər bölgəni yaxşı tanıdıqları üçün həm ruslara bələdçilik edir, həm də təxribatlar törətməklə məşğul olurdular.
1914-cü il noyabrın 1-də rus ordusu Qafqaz istiqamə¬tində Osmanlı sərhədlərini keçdi. Qars, Ərdəhan və Batum uğrunda döyüşlərdə hər iki tərəf böyük itki verdi. Lakin Sarıqamış yaxınlığındakı döyüşdə bir tərəfdən sərt qış, digər tərəfdən rus ordusunun daha güclü hazırlığı türklərdən 90 min əsgər və zabitin əsir alınması ilə nəticələndi. Rus ordusunun Şərqi Anadoluya daxil ol¬ması ermənilərin türklərə qarşı kütləvi qırğın törətməsi üçün şərait yaratdı. Rus ordusunun tərkibindəki ermənilər yerli ermənilərlə birləşərək heç bir günahı ol¬mayan yüz minlərlə dinc əhalini qətlə yetirir və onları öz dədə-baba yurdlarından didərgin salırdılar. 1915-ci ilin yanvarında Sarıqamış, 1916-cı ilin fevralında Ərzurum, martda İsfahan, apreldə Trabzon, mayda Xoy və Dilman, iyunda Ərzincan, avqustda isə Muş rus ordusu və erməni silahlı birləşmələri tərəfindən işğal edildi. Ermənilər müsəlman kəndlərini qarət edir, yandırır, əhalini fərqinə varmadan qılıncdan keçirirdilər. Dinc əhalini zorla evlərə, məscidlərə dolduraraq diri-diri yandırırdılar. Qocaları və uşaqları torpağa basdırır, hamilə qadınların qarnını yırtıb körpələri çıxarıb boğur, anaları öz balalarının ətini yeməyə məcbur edirdilər. Kazım Qarabəkir paşa ABŞ generalı Harborda göndərdiyi məktubda yazırdı: "Azad etdiyimiz şəhərdə dəhşətli bir mənzərə ilə rastlaşdım. Şəhərdə sağ qalmış heç kimə rast gəlmədim. Bütün uşaqların bədənləri süngülərlə dəlik-deşik edilib. Qocaları və qadınları zirzəmilərə doldurub diri-diri yandırıblar, gəncləri balta ilə şaqqalayıb asıblar. Həmvətənlərimin bu faciəsi insanın qəlbinə dağ çəkir…”
Müharibə dövründə Daşnaksütyun partiyası tərəfindən hazırlanmış təlimatlar hər bir erməni əsgərinə ünvanlanmışdı. Təlimatda deyilirdi: "Osmanlı sultanının səfərbərlik elanı ilə silah altına çağırılan ermənilər bu çağırışa uymamalı və ətrafdakı başqa xalqların da orduya qatılmasına mane olmalıdır.
- Hansı vasitə ilə olursa-olsun silah altına alınmış ermənilər orduda fərarilik edib erməni könüllü birləşmələrinə qatılmalıdırlar;
- Rus qoşunları sərhədi keçər-keçməz bütün erməni silahlı birləşmələri rus ordusuna qoşularaq Osmanlı ordusuna hücum etməlidir;
- Cəbhə arxasında iki yaşından yuxarı bütün müsəlmanların hər vasitə ilə qətlə yetirilməsi həyata keçirilməlidir;
- Müsəlmanların mal və mülkünü ələ keçirmək və ya yandırıb məhv etməkdə tərəddüd etmək cinayətdir;
- ermənilər tərk edəcəkləri evlərini, əkin sahələrini, kilsə və xeyriyyə evlərini yandırıb bunların müsəlmanlar tərəfindən törədildiyini bütün dünyaya yaymalıdırlar;
- Rəsmi dövlət dairələrini məqsədyönlü şəkildə qızışdırmaq, osmanlı zabitlərini və jandarmalarını pusquya salaraq qətlə yetirmək;
- Cəbhədən yaralı qayıdan osmanlı əsgərlərini qətlə yetirmək;
- Dinc əhali yaşadıqları ərazilərdən köçməyə məcbur etmək;
- Bomba və silah emal, tədarük və ya idxal edərək bütün erməniləri silahlandırmaq;
- Ermənilərin törətdikləri qiyam və qətliamları müsəlmanların üstünə yıxaraq bunların xaricdə nəşr edilməsinə nail olmaq;
- Osmanlı ərazisində müttəfiq dövlətlərin xeyrinə casusluq və yönəldici hərəkətlər etmək”.
Ermənilərin yerli əhaliyə qarşı həyata keçirdikləri bu qırğınlar Osmanlı dövlətini müəyyən müdafiə tədbirləri görməyə məc¬bur etdi. Belə ki, 1915-ci ilin mayın ortalarında Van, Bitlis və Ərzurumdan erməni əhalisi döyüş meydanından uzaqlaşdırıldı. Bununla da türklərin rus və ingilislərə qarşı döyüşlərində ermənilərin neytrallığı təmin edildi. Eyni zamanda, Osmanlı dövlətinin hərbi rəhbərliyi türklərə və digər müsəlmanlara ermənilərə qarşı hər hansı zorakılıq törətməyi qadağan edən göstəriş verdi. 1919-cu il yanvarın 30-da Londonda çıxan "The Times” qəzeti yazırdı: "Köçürülən erməni əhalisinin gələcək¬də öz evlərinə qayıtması və əmlakına sahib durması üçün Osmanlı hökuməti tərə¬findən xüsusi komissiya yaradıldı. Komissiyanın işi erməni əhalisinin siyahıya alınmasından ibarət idi. Komissiyanın sənədlərində dönə-dönə qeyd olunur ki, müharibə başa çatandan sonra erməni əhalisi öz evlərinə qaytarılacaqdır”.
Antantanın təbliğat maşını və erməni millətçiləri sübut etmək istəyirlər ki, Birinci Dünya müharibəsi illərində Osmanlı ərazisində bir milyondan çox erməni öldürülüb. Bunun üçün fakt kimi müharibəyə qədər Osmanlı ərazisində er¬mənilərin 2,5 milyon nəfər olduğu göstərilirdi. Halbuki, Osmanlı dövlətinin rəsmi məlumatına görə, mü¬haribəyə qədər bu ərazidə 1,3 milyon erməni yaşayırdı. Gös¬tərilən əhalinin yalnız yarısı döyüş əməliyyatları gedən ərazidə yaşayırdı. Mü¬hari¬bə dövründə yarım mil¬yon erməni Türkiyədən Qafqaza və başqa yerlərə köçmüş, 150-200 min erməni Qərbi Avropa və ABŞ-a mühacirət etmiş və ehtimal etmək olar ki, ölən əhalinin sayı 200 min nəfər olub. Təbii ki, bu rəqəmin içində təkcə köçürmə nəticə¬sində ölənlər yox, aclıqdan, soyuqdan ölənlər və itkin dü¬şənlər də var. "The Times” qəzeti yazır: "Bu, danılmaz həqiqətdir ki, müharibə illərində Osmanlı ərazisində iki milyon türkün həyatına son qoyulub”.
Erməni ideoloqları dünyanı inandırmaq istəyir ki, guya 1915-ci il aprelin 24-də daxili işlər naziri Tələt paşa erməni əhalisinin dövlət səviyyəsində qırılmasına dair yazılı göstəriş vermişdi. Bu günə qədər erməni ideoloqları həmin sənədin əslini fakt kimi heç kimə göstərə bilmirlər. Ona görə ki, belə bir sənəd, ümumiyyətlə, yoxdur.
Erməni təbliğatı ilə bağlı ingilis jurnalisti Skotland-Liddelin söylədiyi fikirlər necə də yerinə düşür. 1918-1920-ci illərdə Cənubi Qafqazda baş verən hadisələri yaxından izləyən jurnalist yazır: "Ermənilər həmişə özlərinə savaş axtarırlar, təbliğatlarında bunu sıxışdırmaq kimi qələmə verirlər. Əslində bu, onların özlərinin qazandıqları cəzadır. Daşnaklar üçün öldürülmüş erməni çox qiymətlidir. Bu ölüm hadisəsi təbliğat üçün çoxlu xeyir gətirə bilər". Skotland Liddel Nuru paşanın aşağıdakı sözlərini misal gətirir: "Erməninin nə vaxt və necə ölməsindən asılı olmayaraq, başını məzardan qaldırır və qışqırır: mən kütləvi qırğın zamanı öldürülmüşəm".
1920-ci ildə Qərb dövlətlərinin Osmanlı dövlətini parçalamaq planı təbliğ olunan dövrdə Aram Andonyanın "Ermənilərin kütləvi şəkildə öldürülməsi haqqında rəsmi sənədlər” adlı saxta əsəri də bir neçə dildə işıq üzü gördü. A.Andonyan bu əsərini qısa müddət ərzində Paris, London və Bostonda ingilis, fransız və alman dillərində nəşr etdirdi. Aram Andonyan bildirirdi ki, ingilis qoşunlarının Aleppoya (Hələb şəhəri) hücumu zamanı o, Osmanlı çinovniki Naim bəylə görüşmüş və daxili işlər naziri Tələt paşanın ermənilərin kütləvi şəkildə qətlə yetirilməsi haqqında şifrəli əmrini ondan almışdır. İngilis dilində nəşr olunmuş kitabda 48 "rəsmi osmanlı sənədi” verildiyi halda, fransız nəşrində bu rəsmi sənədlərin məzmununda və sayında kəskin fərqlər mövcuddur. Andonyanın "rəsmi sənədləri” içərisində 14 şəkil verilib. Müəllifdən şəkillərin əsli tələb olunduqda, o bunları itirdiyini bildirmişdi. Andonyanın sənədlərinin saxta olduğu heç kimə sirr deyil. Çünki müəllif bu saxta sənədləri tərtib edərkən müsəlman dövlətləri üçün məcburi etiket qaydasını belə yaddan çıxarmış, "Bismillahir-rəhmanir-rəhim” sözlərini belə unutmuşdu. İkincisi, Andonyan saxta sənədlərə tarix qoyarkən müsəlman təqvimi əvəzinə rum təqvimindən istifadə etmişdir. Andonyanın yazdığından belə çıxır ki, bu hadisə 2 mart 1916-cı ildə baş verib. Bir sözlə, Andonyanın bu saxtakarlığı hamıya məlum olsa da, lakin bir çox dövlətlərin maraqlarına cavab verdiyindən bu böhtanlar bu gün də siyasilərin diqqət mərkəzindədir.
Qondarma 24 aprelin uydurulmasına və onun təbliğinə kömək göstərən əsərlərdən biri də yəhudi mənşəli Frans Verfelin "Qırx gün Musa dağında” əsəridir. Əslində, müəllif sonralar dəfələrlə etiraf edib ki, bu əsər bədii əsərdir. Lakin erməni ideoloqları və onların havadarları qısa zaman ərzində bu əsərə tarixi don geydirərək onu dünyanın müxtəlif dillərinə tərcümə edərək yayılmasına nail oldular. Əvvəla, onu qeyd etmək lazımdır ki, Frans Verfel qələmə aldığı bölgədə heç vaxt olmayıb. İkincisi, əsərdə qeyd olunan hadisələrlə bağlı müəllifin əlində heç bir sənəd də yox idi. Lakin müəllif etiraf edir ki, bu əsərin qələmə alınması üçün məlumatları ona Vyanadakı erməni dostları verib. Ölümünə yaxın Frans Verfel yazdığı bədii əsərin ermənilər tərəfindən böyük məharətlə saxtalaşdırıldığını təəssüflə etiraf etdi. Bunu açıq şəkildə etiraf etməkdə acizlik göstərməyin səbəbi terrorçu daşnak qüvvələrindən ehtiyat etməsi idi.
Osmanlı imperiyasını parçalamaq üçün Paris Sülh Konfransına yığışan Qərb dövlətləri 24 apreldən canfəşanlıqla istifadə etməyə başladılar. Konfransın təşkil etdiyi komissiya Osmanlı rəhbərlərinin gizli yazış¬malarını diqqətlə yoxladıqdan sonra ermənilərin kütləvi surətdə qətlə yetirilməsi haq¬qında heç bir sənəd və əmrə rast gəlmədi. Əksinə, Avropadan gələn məmurlar belə faktla rastlaşdılar ki, köçürülən erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün Osmanlı dövləti tərəfindən onlarla əmr və göstəriş verilib.
Əslində, 24 apreldə nə baş vermişdi? Doğrudan da Osmanlı dövlətinin daxili işlər naziri Tələt paşa 1915-ci il aprelin 24-də sənəd imzalamışdı. Həmin sənəd bu gün müxtəlif dillərdə dünyanın ayrı-ayrı arxivlərində saxlanılır. Sənəddə söhbət Osmanlının ayrı-ayrı şəhərlərində üsyana hazırlaşan erməni təşkilatlarının rəhbərlərinin həbs olunmasından gedir. Bu sənəddə söhbət erməni əhalisinin köçürülməsi və onlara qarşı soyqırımın həyata keçirilməsindən getmir. Sənəddə qeyd olunur ki, erməni komitələrinin rəhbərliyi altında Zeytun, Bitlis, Sivas və Vanda baş vermiş üsyanların təkrarlanmaması üçün üsyan rəhbərlərinə qarşı həbs qəti imkan tədbirinin seçilməsinə ehtiyac vardır. Doğrudan da bir gün sonra - aprelin 25-də İstanbulda erməni üsyançı qruplaşmasının Daşnaksütyun və Qnçaq-dan olan rəhbərliyi həbs olundu. Ayrı-ayrı vilayətlərdə isə bu həbslər bir neçə gün sonra başladı.
Amerika tarixçisi Stenford Corc Şou yazırdı: "Osmanlı ərazisində müsəlman əhalisinə qarşı ilk qırğınlar 1915-ci il mayın 14-də Van şəhərində rus ordusunun iştirakı ilə erməni dəstələri tərəfindən törədildi. İki gün ərzində şəhə¬rin müsəlman əhalisi qılıncdan keçirilərək onlara olmazın işgəncələri verildi. Osmanlı ərazisində rus ordusunun himayəsi altında "Erməni Van dövləti” yaradıl¬dı. Van soyqırımından sonra erməni və rus birləşmələrinin Bitlis vilayətinə hü¬cumları başladı. Mosula qədər böyük bir ərazi erməni daşnak qüvvələrinin işğalı altına düşdü. 1915-ci il iyulun ortalarına qədər Van ərazisinə 250 min erməni kö¬çürüldü. Halbuki, bu ərazidə 50 mindən artıq erməni yaşamamışdı.
1915-ci il iyulun ortalarından etibarən ermənilərin bu ərazilərdə törətdikləri cinayətlərin sayı-hesabı yox idi. İyulun ortalarından sonra Osmanlı ordusunun əks-hücumu nəticəsində geri çəkilən rus-erməni ordusu ilə birlikdə erməni əhalisi də bu əraziləri tərk etməyə başladı. 200 minlik erməni əhalisi rus ordusunun müşayiəti ilə Cənubi Qafqaz istiqamətinə üz tutdu. Düzdür, bir çox yerlərdə bu əhali kürdlərin hücumlarına məruz qaldı. Çünki kürdlər də erməni soyqırımına məruz qalanlardan idilər.
Birinci Dünya müharibəsi illərində erməni-osmanlı münasibətlərinə dair həm obyektivlik baxımdan, həm də sənədlərin əksəriyyəti qeyri-müsəlman müəllif¬lərinə məxsus olduğuna görə, ABŞ konqresi kitabxanasında saxlanılan "Bristolun sənədləri” diqqəti cəlb edir. Bu külliyyatda qeyd olunur ki, "dəqiq statistik mən-bələrdən məlumdur ki, 1912-1922-ci illər ərzində 600 minə yaxın erməni həlak olub. Ölən əhali türklər tərəfindən soyqırımına məruz qalmamış, soyuqdan, aclıqdan və köçürülərkən tələf olublar. 1,5-2 milyon ermənin ölümü ilə bağlı iddialar fərziyyədən başqa bir şey deyil. Müharibə gedən ərazidə insanların ölümü və itkin düşməsi adi bir hal¬dır”. Bristolun sənədlərində göstərilir ki, qeyd olunan dövrdə 2,5 milyon tür¬kün həyatına son qoyulub. Türklərin ölümü və öldürülməsi ermənilərdən daha faciəli olub.
Yuxarıdakı faktlardan belə nəticəyə gəlmək olar ki, Birinci Dünya müharibəsi il¬lərində Osmanlı ərazisində soyqırımına məruz qalan ermənilər yox, türk-müsəlman əhalisi olmuşdur. Osmanlı ərazisində öz mənfur planlarını reallaşdıra bilməyən erməni silahlı dəstələri geri çəkilərək Azərbaycanın cənubunda, qərbində və şimalında türk-müsəlman əhalisinə qarşı kütləvi qırğınlara başladılar.
1918-1920-ci illərdə daşnak hərbi birləşmələri tərəfindən azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırımlarla bağlı kifayət qədər sənədlər mövcuddur. Çox təəssüflər olsun ki, 70 illik sovet dönəmində ermənilər havadarlarının yaxından köməyi sayəsində yalançı erməni soyqırımını təbliğ etdikləri halda, bolşevik ideologiyasına sadiqliyini nümayiş etdirən Azərbaycan tərəfi xalqlar dostluğunun tərənnümü ilə məşğul olurdular. Son nəticədə ermənilər yalançı göz yaşları və yalançı təbliğatları ilə qərb dövlətlərinin parlamentlərinə yol açdılar. 24 aprel böyük dövlətlərin siyasi alverinə çevrildi. Gerçəkliyi öyrənmək üçün arxivlər yox, parlament kürsülərinə üstünlük verildi.
Otuz ilə qədər erməni işğalına məruz qalan Azərbaycanın tarixi torpaqları ilə bağlı dünyanın nüfuzlu təşkilatları ədalətli mövqe sərgiləmədi, təcavüzə məruz qalanla təcavüzkarı bərabər tutdular, Azərbaycanın haqlı tələblərini eşitmək istəmədilər. Beynəlxalq hüququn gücsüzlüyünü görən Azərbaycan gücün hüququndan istifadə edərək 44 gün ərzində öz tarixi torpaqlarını düşmən əsarətindən azad etdi. Qarabağ azaddır, Qarabağ Azərbaycandır.