• cümə, 29 Mart, 12:45
  • Baku Bakı 14°C

“Qloballaşma və milli kimlik ” mövzusunda seminar-treninq keçirilib

12.02.19 16:37 736
“Qloballaşma və milli kimlik ” mövzusunda seminar-treninq keçirilib
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Sumqayıt şəhərində "Qloballaşma və milli kimlik ” mövzusunda seminar-treninq keçirilib.
Tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, İcraçı direktor müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbə müdiri Yalçın Abdullayev, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov, ziyalılar, müəllimlər, və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminarı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbə müdiri Yalçın Abdullayev qonaqları salamlayaraq Sumqayıtda bu sahə ilə bağlı təşkil edilmiş seminarın əhəmiyyətindən danışdı.
Seminarda çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov qloballaşmanın müsbət xüsusiyyətlərindən istifadə edərək, eyni zamanda milli-kimliyimizi qorumağın vacibliyini diqqətə çatdırdı.
Fondun icraçı direktoru Mehman İsmayılov dünyada gedən proseslər fonunda milli kimliyimizi və dəyərlərimizi gələcək nəsillərə çatdırmağın əhəmiyyətinə toxundu. İcraçı direktor qeyd etdi ki, müasirlik və inkişaf milli xüsusiyyətlərimizin möhkəmlənməsinə və vətənə bağlılığın güclənməsinə töhfə verməlidir.
Daha sonra çıxış edən Fondun İcraçı direktor müavini Ceyhun Əliyev Azərbaycanın ailə dəyərlərinin milli kimliyimizin formalaşmasındakı rolu haqqında fikirlərini bölüşdü.
Seminar-treninqin yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparıldı və onları maraqlandıran suallar cavablandırıldı.
banner

Oxşar Xəbərlər