• cümə, 26 Aprel, 16:00
  • Baku Bakı 23°C

Qlobal şəbəkənin yeni oyuncaqları

08.09.20 17:10 1880
Qlobal şəbəkənin yeni oyuncaqları

Aralıq dənizində və Azərbaycan-Ermənistan sərhəddindəki gərginliklərlə bağlı Türkiyənin "Yeni akit” qəzetinə açıqlama verən ekspertlər Yunanıstan və Ermənistanı qlobal şəbəkənin yeni oyuncaqları adlandırıblar. "Kaspi.az” xəbər verir ki, Türk Hüquq İnstitutunun İstanbul bölümünün rəhbəri Fetih Ahmet Alparslan hesab edir ki, Yunanıstan qlobal şəbəkənin oyununa gedərək beynəlxalq hüquq və anlaşmaları heçə sayıb, Aralıq dənizində Türkiyəyə qarşı gərginlik yaratmaqda davam edir: "Xalqını oda atmağa hazırlanan Yunanıstan baş naziri Miçotakis ağlını başına toplamalıdır. Fransa prezidenti Emmanuel Makron da Yunanıstanda iqtisadi böhran və "sarı jiletlilərin etirazlarından qurtuluşu məhz gərginlikdə görür. Onlar üçün yeganə həll gərginlik yaratmaqdır. Böyük Türkiyə, qlobal şəbəkə və onun havadarlarına nə təslim olur, nə də mükafat verir”.
Polis Akademiyası Təhlükəsizlik Elmləri İnstitutunun eksperti Səlim Öztürk də bildirib ki, bu gün şərqdə Ermənistanı Azərbaycan üzərinə hücuma keçməyə vadar etməklə, Türkiyənin başını qatmağa çalışılır. Eyni zamanda Egey dənizində də Yunanıstan vasitəsilə Türkiyəni çətin duruma salmağa çalışırlar.



banner

Oxşar Xəbərlər