• cümə axşamı, 28 mart, 13:02
  • Baku Bakı 16°C

"Qlobal böhranın 2008-2009-cu illərdən daha ağır olacağı proqnozlaşdırılır"

31.05.20 23:08 592
"Qlobal böhranın 2008-2009-cu illərdən daha ağır olacağı proqnozlaşdırılır"
"Koronavirusun yayılmasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi vətəndaşlarımızın həyatının qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir". Bu sözləriSİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Aydın Hüseynov deyib.
Millət vəkili bildirib ki, dövlət başçısı İlham Əliyevin bütün bu tədbirləri şəxsən nəzarətdə saxlaması onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayanmasının bariz nümunəsidir: "Koronavirusun Azərbaycanda kütləvi şəkildə yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı zəruri olan bütün addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür. Dünyada olduğu kimi, Azərbaycanda da pandemiyanın yayılmasını məhdudlaşdırmaq məqsədilə turizm, ticarət, ictimai iaşə kimi sahələrdə xüsusi iş rejimləri tətbiq olunub və iş fəaliyyəti məhdudlaşdırılıb. Azərbaycan dünyanın bir parçasıdır və qlobal xarici şoklar bütün ölkələr kimi, Azərbaycan iqtisadiyyatına da öz neqativ təsirlərini göstərməkdədir. Pandemiyanın yayıldığı ilk gündən başlayaraq Azərbaycan dövləti bu bəla ilə mübarizədə qabaqlayıcı kompeks tədbirlər görməyə başladı. Prezident İlham Əliyevin birbaşa nəzarətində olan bu məsələ ilə bağlı müxtəlif önləyici addımlar atıldı, ilk növbədə, vətəndaşların sağlamlığının qorunması, təhlükəsizliyinin və sosial rifahının təmin edilməsi istiqamətində səmərəli və təsirli tədbirlər görüldü. Bununla yanaşı, hökumət komandası pandemiyanın ölkənin iqtisadi inkişafına vurduğu zərbənin təsirlərini qiymətləndirmək üçün iqtisadiyyatın dərin və əhatəli diaqnostikasını apardı".
Onun sözlərinə görə, nəzərə alsaq ki, yeni qlobal böhranın 2008-2009-cu illərin böhranından daha da ağır olacağı proqnozlaşdırılır, pandemiya beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətinə mənfi təsirlərini daha da artırmaqdadır: "Belə bir vəziyyətdə Azərbaycan hökumətinin xüsusi qabaqlayıcı antiböhran paketi hazırlayaraq qəbul etməsi labüdləşdi. "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da məhz qlobal resessiyaların ölkəmizin iqtisadiyyatına təsirlərini qarşılamaq kimi strateji məqsədi daşıyır. Koronavirusun tezliklə bitməsi üçün hər kəsin öz vətəndaş məsuliyyətini dərk edərək milli həmrəylik göstərməsi mühüm əhəmiyyət kəsb edir. Vəziyyətin nə dərəcədə ciddi olduğunu anlayaraq maksimum şəkildə milli birlik nümayiş etdirməliyik. Ümummilli səfərbərlik tələb edən pandemiya ilə mübarizə prosesində hamımızın öz fərdi və ictimai məsuliyyətimizi dərindən dərk edərək dövlətin yanında yer almağımız vacibdir.
Bu günlərdə vətəndaş olaraq hamımızın qarşısında duran əsas vəzifə dövlətin müəyyənləşdirdyi qaydalara və karantin rejiminə ciddi riayət etməkdir. Əlbəttə, gündəlik həyat düzənimizin köklü şəkildə dəyişməsi bizi çətinliklərlə üz-üzə qoyub. Lakin bu halın müvəqqəti olduğunu düşünərək ailəmiz, yaxınlarımız və bütövlükdə Vətənimiz qarşısında məsuliyyətli davranmaq mənəvi borcumuzdur. Vətəndaş məsuliyyəti və milli həmrəylik tandemi pandemiyanın cəngindən xilas olmaq üçün əsas qurtuluş yolumuzdur. İndi hamımızın ümdə vəzifəsi dövlətin bununla bağlı müəyyənləşdirdiyi vahid yol xəritəsi üzrə hərəkət etməkdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev də xalqa müraciətində qarşımızda duran bütün vəzifələrin həllində milli birlik və həmrəyliyi əsas hərəkətverici, stimullaşdırıcı amil kimi səciyyələndirir. Məhdudiyyətlərin bir qismi aradan qaldırılsa da, virusa yoluxma sürətinin qarşısını almaq üçün ölkədə kütləvi tədbirlər keçirilməməlidir, vətəndaşlar əvvəlki dövrdə olduğu kimi 2 metrlik məsafə saxlamaq tələbinə riayət etməlidirlər. Əsas ideya - xəstəliyin yeni dalğasına yol verməmək üçün bütün tələblər, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verilməməsi, məsafə saxlanması və s. məsələlərə, qaydalara riayət olunması zəruridir".
banner

Oxşar Xəbərlər