• şənbə, 20 Aprel, 14:47
  • Baku Bakı 23°C

Qızılın qiyməti xeyli aşağı düşüb

27.01.22 10:18 509
Qızılın qiyməti xeyli aşağı düşüb
ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) iclasından və tezliklə uçot dərəcəsinin azaldılacağı ilə bəyanatlardan sonra qızılın qiyməti xeyli aşağı düşüb.
"Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun "Comex” birjasında qızılın fevral fyuçersləri0,87%, yaxud15,95ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası1 813,75ABŞ dollarına satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə1,95%aşağı düşərək, 1 unsiyası23,343ABŞ dolları təşkil edib.
FES-in yanvar iclasından sonra qızıl mövqelərini itirməkdə davam edir. İclasın yekunlarına görə, FES bəyan edib ki, inflyasiya və əmək bazarındakı vəziyyəti nəzərə alaraq, tezliklə təkrar maliyyələşdirmə dərəcəsinin artırılması üçün münbit zəmin yarana bilər.
Bundan başqa, ABŞ dollarının digər valyutalara qarşı möhkəmlənməsi onu digər valyuta istifadəçiləri üçün daha az əlçatan edir. ABŞ dollarının indeksi isə 0,7% artaraq, 96,62 bəndə çatıb.
banner

Oxşar Xəbərlər