• cümə, 29 Mart, 01:45
  • Baku Bakı 7°C

Qızıl xaç Ermənistanda girov saxlanılan azərbaycanlılara baş çəkəcək

28.08.14 11:45 1070
Qızıl xaç Ermənistanda girov saxlanılan azərbaycanlılara baş çəkəcək
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistan silahlı qüvvələrinin girov götürdüyü azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyev ilə görüş keçirəcəklər.
BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, qurum öz mandatına uyğun olaraq girovlarla görüş keçirməyi planlaşdırır.
Görüşün tarixi barədə məlumat verməyən İ.Hüseynova bildirib ki, qaydalara uyğun olaraq bu barədə yalnız görüş baş tutduqdan sonra məlumat veriləcək: “Görüşdən sonra təfsilatı ilə bağlı geniş məlumat verəcəyik. Görüş zamanı girovlar ailələrinə məktub da yaza bilərlər”.
banner

Oxşar Xəbərlər