bazar ertəsi, 04 iyul, 10:28

Baku Bakı 23°C

Qızıl ucuzlaşıb

icon 174 icon 19 may 2022 | 12:45 Qızıl ucuzlaşıb

ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artmasının təzyiqi altında qızılın qiyməti düşüb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın iyun fyuçersləri 0,21%, yaxud 3,95 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 812,12 ABŞ dollarına satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 0,66% düşərək 1 unsiyası 21,407 ABŞ dolları təşkil edib.

ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi 2,884%-dən 2,908% səviyyəsinədək artıb.

Gəlirliliyin yüksək olması qızılın satınalmalar üçün cəlbediciliyini azaldır ki, nəticədə qiymətdə azalma qeydə alınır.