• şənbə, 27 Aprel, 00:13
  • Baku Bakı 14°C

Qızı Rəfsəncaninin seçki sirrini açdı

15.05.13 12:24 1430
Qızı Rəfsəncaninin seçki sirrini açdı
Modern.az bildirir ki, “Şərq” qəzetinə müsahibəsində Rəfsəncaninin böyük qızı Fatimə Haşımi bəzi təfərüüatlara aydınlıq gətirib. O müsahibəsində deyib.”Seçkilərə qeydiyyatın son günü atam, övladları və nəvələri ofisində yığışıb seçkidə iştirak edib -etməmək barədə danışırdılar. Sonda atam qərara gəldi ki, namizədliyini verməsin. Ancaq bir qədər sonra ona zəng gəldi. Rəfsəncani öz otağından zəng edənlə qısa söhbət etdi. Bundan sonra Rəfsəncani fikrini dəyişdi”.
Fatimə Haşımi atasına zəng edənin kim olduğunu bilmədiyini deyib.” O qısa danışıqdan sonra otaqdan çıxıb “Bismillah, gedək dedi.” Həmin zəngin dini lider Xameneyi tərəfindən edildiyi güman olunur. Ancaq Xamneyiyə Yaxın hesab olunan mətbuat orqanı “Keyhan”` Rəfsəncani və Xameneyi arasında danışıq olması təkzib olunub.
banner

Oxşar Xəbərlər