• şənbə, 20 Aprel, 00:52
  • Baku Bakı 15°C

Qırğızıstan Prezidenti hökumətin yeni tərkibini təsdiq edib

26.08.17 17:00 578
Qırğızıstan Prezidenti hökumətin yeni tərkibini təsdiq edib
Qırğızıstan Prezidenti Almazbek Atambayev Joqorku Keneşin növbədənkənar iclasında hökumətin bəyənilən tərkibini təsdiq edib.
Dövlət başçısının Fərmanı ilə Tolkunbek Abdıqulov Baş nazirin birinci müavini, Temir Cunakadırov, Duyşenbek Zilaliev və Çolpon Sultanbekova müavinləri təyin ediliblər.
Yeni kabinetdə Nurxanbek Momunaliev nazir ranqında Hökumət Aparatının rəhbəri, Erlan Abdıldaev xarici işlər, Ulan İsrailov daxili işlər, Uran Axmetov ədliyyə, Adılbek Kasımaliev maliyyə, Artyom Novikov iqtisadiyyat, Nurbek Muraşev kənd təsərrüfatı, yeyinti sənayesi və meliorasiya, Jamşitbek Kalilov nəqliyyat və yollar, Kubatbek Boronov fövqəladə hallar, Qulmira Kudayberdieva təhsil və elm, Talantbek Batıraliev səhiyyə, Tuqelbay Kazakov mədəniyyət, informasiya və turizm, Taalaykul İsakunova əmək və sosial inkişaf nazirləri vəzifələrini tutublar.
Abdil Seqizbaev milli təhlükəsizlik, Ulanbek Rıskulov sənaye və energetika, Nurbek Abaskanov isə informasiya texnologiyaları və rabitə komitələrinin sədrləri təyin ediliblər.
Qeyd edək ki, bundan əvvəl dövlət başçısı Almazbek Atambayev Sapar İsakovun ölkənin yeni Baş naziri təyin olunması ilə əlaqədar Fərman imzalamışdı.
banner

Oxşar Xəbərlər