AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qırğız Respublikasının müdafiə naziri dəyişib

Qırğız Respublikasının müdafiə naziri dəyişib

Siyasət
06 Sentyabr 2021, 17:44 112

Qırğız Respublikasının Prezidenti Sadır Japarov müdafiə naziri Taalaybek Omuraliyevin yerinə Baktıbek Bekbolotovu təyin edib.

"Report” 24.kg-ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Taalaybek Omuraliyev başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Baktıbek Bekbolotov Qırğız Respublikası Silahlı Qüvvələrinin polkovnikidir. O, Milli Qavrdiyada xidmət edib, Panfilov diviziyasının komandiri olub. Baktıbek Bekbolotov müdafiə naziri təyin olunanadək Bişkek Maşınqayırma zavodu Səhmdar Cəmiyyəti idarə heyətinin sədri işləyib.