Qılınc və qələm bir yerdə olanda, barış da etibarlı olur
Qardaş Türkiyə ilə münasibətlərimiz hər zaman başqalarından fərqlənib. Dil və din birliyimiz, tarixi bağlarımız, ortaq milli və mənəvi dəyərlərimiz dövlətlərimiz arasındakı əlaqələrə bütün dövrlərdə xüsusi yön verib. Lakin son 30 illik müstəqillik tariximizdə Türkiyə Cümhuriyyəti heç vaxt indiki kimi yanımızda olmayıb. Vətən müharibəsi günlərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə xalqının açıq şəkildə ölkəmizə verdiyi siyasi-mənəvi dəstək, Ermənistandan daha çox onun havadarlarına xəbərdarlıq demək idi. Bu xəbərdarlıq nəzərə alınmaya bilməzdi. Çünki, müasir tarixində Türkiyə indiki qədər güclü və siyasi çəkiyə sahib olmayıb. Elə bu səbəbdən, qardaş Türkiyə xarici siyasətində və prioritetlərin seçimində artıq daha sərbəstdir. Prezidentlər arasındakı şəxsi əlaqələrin və qarşılıqlı etimadın hazırkı səviyyəsi də bədxahların diqqətindən yayınmır. O da sirr deyil ki, bütün bu məqamlar, xüsusən, son illər qardaş ölkənin regional və geosiyasi proseslərdə artan siyasi çəkisi bəzilərini narahat edib qıcıqlandırır. Azərbaycan cəmiyyəti, həm də bu səbəbdən, hörmətli Rəcəb Tayyib Ərdoğanın Qarabağ səfərini xüsusi həssaslıq və səbirsizliklə gözləyirdi. Türkiyə Prezidentinin Qarabağ, Şuşa səfəri məhz iyunun 15-də - Milli Qurtuluş Günündə reallaşdırıldı. Bu, ümummilli lider Heydər Əliyev şəxsiyyətinə və xalqımızın tarixi yaddaşına göstərilən yüksək hörmətin ifadəsidir.
BunuAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev deyib.
Deputat bildirib ki, obyektiv qənaətlər üçün səfər öncəsi dünyada baş verən siyasi proseslər də əlaqəli şəkildə təhlil olunmalıdır. Türkiyə Prezidenti Şuşa səfərindən bir gün əvvəl NATO sammitində iştirak etdi, dünyanın aparıcı dövlət başçıları ilə ikitərəfli görüşlər keçirdi. ABŞ Prezidenti Co Baydenlə üz-üzə görüş bu sırada xüsusi yer tutur. Ölkəmiz üçün diqqət çəkən məqam odur ki, NATO sammitinin yekun bəyanatında post-sovet məkanındakı digər münaqişələrə toxunulsa da, Qarabağ məsələsinin üstündən sükutla keçildi. Beynəlxalq diplomatik yanaşmada bu cür susqunluq müharibədən sonrakı yeni reallığın sammitin əksər, yaxud əsas iştirakçıları tərəfindən qəbul olunması anlamına da gəlir. Ermənistanın birinci prezidenti L.Ter-Petrosyanın "dünya Qarabağı Azərbaycan ərazisi hesab edir, hər şey bitdi” ifadəsi, elə bu səbəbdən, təsadüfi deyil.
Xüsusi diqqət yetirilməli olan məqamlardan biri də Prezident İlham Əliyevin 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Tviter səhifəsindən etdiyi paylaşımda Ulu Öndər Heydər Əliyevdən gətirdiyi bu sitatdır: "Bizim ən böyük vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini qorumaq, saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək və onu əbədi etməkdir”. Prezident məhz bu paylaşımı etdiyi gün Türkiyə Prezidenti ilə Şuşa Bəyannaməsini- Müttəfiqlik haqqında Bəyannaməni imzaladı. Həmin tarixi sənəddə 100 il əvvəlki Qars müqaviləsinə istinad olunur, bir çox sahələrdə, o cümlədən beynəlxalq müstəvidə, siyasi münasibətlər, iqtisadi-ticarət, mədəniyyət, təhsil, idman, gənclər siyasəti sahəsində əlaqələrin dərinləşdirilməsi ilə yanaşı, müdafiə sənayesində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb. Prezidentimiz Şuşa Bəyannaməsinin imzalandığı gün etdiyi paylaşımla həm cəmiyyətimizə, həm də dünya birliyinə mesaj verdi ki, Azərbaycan xalqının müstəqillik seçimi əbədidir, yeni reallıqlar şəraitində onu təmin etməyin yolu isə Şuşa Bəyannaməsindən, qardaş Türkiyə ilə daha dərin müttəfiqliyimizdən keçir. Prezident İlham Əliyevin imzalanma mərasimində verdiyi mühüm mesajlardan biri də bundan ibarət oldu: "Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq”.
İki qardaş ölkənin dövlət başçılarının Şuşa Bəyannaməsinin imzalanma mərasimində etdikləri çıxış dünya birliyinə verilən ciddi mesajlarla zəngindir. Prezident İlham Əliyevin savaş günlərində Ermənistanın törətdiyi müharibə cinayətlərinə, qadağan olunmuş silahlardan istifadə etməsinə diqqəti yönəltməsi həmin mesajlardan biridir: "Onlar yaxşı bilirdilər ki, Ermənistan döyüş meydanında qarşımızda duruş gətirmədiyi üçün bizim mülki vətəndaşları uzaqmənzilli raketlərlə, "Tocka-U” , "İsgəndər M” raketləri ilə atəşə tutub və bu namərd atəş nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən uşaqlar, qadınlar həlak olmuşlar” . Dövlət başçımızın həmin xatırlatmasından sonra Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışında səsləndirdiyi bu fikirlər, heç şübhəsiz, dünya güclərinin və Ermənistanın havadarlarının diqqətindən yayınmayacaq: "Bu gün, əziz qardaşımın da dediyi kimi, xüsusilə "bir millət, iki dövlət” təməli üzərində yüksəltdiyimiz əlaqələrimizi daha da inkişaf etdirəcək yeni bir tarixi addımı atdıq. Bu addım çox önəmlidir. Bunu bundan sonrakı prosesdə daha da gücləndirəcəyik və gücləndirərək yolumuza da davam edəcəyik... Türkiyə olaraq qədim Şuşa şəhərində ən qısa müddətdə, İnşallah, baş konsulluq açmağı planlaşdırırıq... Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”. Qardaş Türkiyənin Prezidenti tərəfindən verilən bu açıqlama dünya birliyi üçün həm də o deməkdir ki, Qars müqaviləsindən 100 il sonra, kimlərinsə münasibətindən və mövqeyindən asılı olmayaraq, Türkiyə artıq Qafqazda və Qarabağdadır, bu tarixi qərar iki qardaş ölkənin ortaq və dəyişməz seçimidir. Baş konsulluğun açılması təşəbbüsü və həmin qərarın imzalanma mərasimdə elan olunması isə o deməkdir ki, Şuşa Bəyannaməsi tarixi keçmişimizə və beynəlxalq hüquqa söykənir, tarixi ədalətin daha etibarlı qorunmasına xidmət edir və hər iki Liderin xalqlarımızın maraqlarına cavab verən ortaq siyasi iradəsindən qaynaqlanır.
Prezidentlər Şuşadan verdikləri mesajlarla beynəlxalq birliyə onu da catdırdılar ki, Şuşa Bəyannaməsi- Azərbaycanla Türkiyənin müttəfiqlik seçimi üçüncü dövlətlərə qarşı deyil, Qafqazda davamlı sülhün, iqtisadi tərəqqinin və təhlükəsizliyin təmin edilməsinə yönəlib. Xüsusi olaraq o da vurğulandı ki, bu seçim beynəlxalq birliklə yanaşı, bütün region dövlətlərinin, o cümlədən Ermənistanın da maraqlarının qorunmasına təminat verir. Çünki, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, TANAP və Transadriatik boru kəməri kimi nəhəng layihələr Azərbaycan və Türkiyə ilə yanaşı, bütövlükdə regionun, eləcə də Avropanın enerji və iqtisadi təhlükəsizliyinə əvəzolunmaz töhfə deməkdir. Prezident Rəcəb Tayyib Ərdoğan məhz bu məqamın üzərində xüsusi dayanaraq dünya dövlətlərinə, Ermənistan və onun havadarlarına mühüm mesaj göndərdi: "Bu tarixi fürsətin reallığa söykənməyən həvəslər, ifadələr və fəaliyyətlərlə qaçırılmaması ən böyük arzumuzdur. Bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsin nifrət və təhrik siyasətindən əl çəkərək sülh və əməkdaşlığı təşviq etməyə istiqamətlənməsi əsas şərtdir. Belə bir mühit formalaşanda Ermənistan ilə münasibətlərin normallaşması üçün biz də üzərimizə düşəni edəcəyimizi hər fürsətdə deyirik”. Bu bəyanat həm də o deməkdir ki, Qars müqaviləsinin bağlandığı zamanlarda olduğu kimi, Şuşa Bəyannaməsindən də qıcıqlanmaq əvəzinə, praqmatik siyasətə üstünlük vermək, Qafqazda tarixi ədalətin bərpasına xidmət edən yeni reallıqla hesablaşmaq və bununla regional, qlobal təhlükəsizliyə təminat vermək dünya birliyi üçün daha faydalı, daha doğru seçimdir.
Prezident İlham Əliyev mayın 30-da Türkiyənin Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunu və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdi. Həmin görüşdə baş verən maraqlı bir dialoqu xatırlatmaqda fayda var. Prezidentimizə xatirə hədiyyəsi olaraq nazir qılınc təqdim etmişdi. Həmin dialoq zamanı gözləri regionumuzda olan maraqlı ünvanlara, ilk növbədə, Ermənistana və himayədarlarına reallıqdan irəli gələn bir mesaj verilmişdi: "Qılıncı görmədən barış olmur”. Bu hadisə Məmməd Səid Ordubadinin "Qılınc və qələm” romanındakı Nizami Gəncəvinin yaşadığı dövrə aid tarixi gerçəkliyi bir daha yada salır. Həqiqətən, qılınc və qələm bir yerdə-bir əldə olanda, etibarlı barış da əldə olunur, təhdid və xam xəyallar da azalır. Elə buna görə də, Prezident İlham Əliyevin Şuşadan dünya birliyinə, eləcə də Ermənistana və onu boş xülyalarla yaşamağa təhrik edən lobbi mərkəzlərinə, məlum siyasi dairələrə göndərdiyi növbəti mesaj belə oldu: "Bu gün buradan-qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaqdır. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır”. Eynilə, yüz il əvvəlki Qars müqaviləsi kimi!