• cümə, 29 Mart, 04:38
  • Baku Bakı 7°C

Qida təhlükəsizliyinin idarə edilməsinə həsr olunmuş təlimə start verilib

13.02.19 15:00 499
Qida təhlükəsizliyinin idarə edilməsinə həsr olunmuş təlimə start verilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda İSO 22002-1:2009 və İSO 22000:2018 standartlarına uyğun olaraq qida təhlükəsizliyinin idarə edilməsinə həsr olunmuş təlimə start verilib.
Təlim qida təhlükəsizliyi sahəsində ixtisaslaşmış, Amerikada və Avropanın qabaqcıl ölkələrində təcrübə keçmiş beynəlxalq ekspertlər Xairullin Mars Faritoviç və Tim Ross tərəfindən keçirilir.
Təlimin məqsədi iştirakçılara ilkin fəaliyyət proqramları, beynəlxalq təcrübə, bu sahədə MDB və Avropa dövlətlərində qəbul edilmiş konsepsiyaların həyata keçirilməsi və dəstəklənməsi üsulları barədə məlumat verməkdir.
Tədbirdə Azərbaycanda bu sahə üzrə fəaliyyət göstərən aparıcı müəssisələrin, şirkətlərin nümayəndələri iştirak edir.
Təlimdə qarşılıqlı çirklənmənin qarşısını almaq üçün görülən işlər, binaların tikintisi və planlaşdırılması, təchizat sistemləri (hava, su, elektrik enerjisi), zibillərin təmizlənməsi, satın alınmış materialların idarə edilməsi, təmizləmə və sanitariya, zərərvericilərlə mübarizə, şəxsi gigiyena və personal üçün sanitar-texniki cihazlar, emal olunacaq məhsullar, anbara yerləşdirmə, istehlakçıların məlumatlandırılması, məhsulun qorunması, biohəssaslıq və bioterrorizm mövzularında iştirakçılara ətraflı məlumat veriləcək.
Tədbir 3 gün davam edəcək, sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.
banner

Oxşar Xəbərlər