• cümə, 19 Aprel, 15:13
  • Baku Bakı 25°C

Qida seçimində diqqətli olaq

15.08.19 17:22 1268
Qida seçimində diqqətli olaq
Sağlam olmağın əsas şərtlərindən biri – keyfiyyətli qidaların qəbuludur. İndi bir çox ölkələrdə qida təhlükəsizliyi dövlətin prioritet istiqamətlərindən biridir. Çünki bu, xalqın genofonduna təsir edən məsəldir. Qida təhlükəsizliyi, xüsusilə təmiz su məsələsi həm də dayanıqlı inkişaf məqsədlərindən biridir. Məhz buna görə "Ailə və Ətraf Mühit" İB mövzuya aid iki maarifləndirici sosial çarx hazırlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə hazırlanan video materiallardan biri qidaların qablaşdırılmasına, digəri isə quş ətinin keyfiyyətinə həsr olunub.
Sosial çarxlar "Ailə və Ətraf Mühit" İB-nin Youtube kanalı və Facebook səhifəsində, bir neçə xəbər saytında yerləşdirilib. "Qida təhlükəsizliyinin təşviqinə həsr edilmiş layihə çərçivəsində həm də müxtəlif saytlarda mövzuya dair yazılar dərc edilib. Burada suyun keyfiyyəti, müxtəlif məhsulların saxlanma qaydaları, yayda zəhərlənmədən qorunmaq üçün qidalarda diqqət verilməli məqamlar, içkilərin seçimi və s kimi mövzular işıqlandırılıb.
Videolarla aşağıdakı linklərdən tanış olmaq mümkündür.

banner

Oxşar Xəbərlər