• cümə, 26 Aprel, 14:33
  • Baku Bakı 23°C

Qəzza sakinləri son 30 ildə ilk dəfə kinoteatrda filmə baxıblar

27.08.17 11:30 509
Qəzza sakinləri son 30 ildə ilk dəfə kinoteatrda filmə baxıblar
Qəzza şəhərinin yüzlərlə sakini ötən gün son 30 ildə ilk dəfə olaraq kinoteatrda filmə baxıb.
APA-nın "Frans Press”ə istinadən verdiyi xəbərə görə, Qəzzanın "Samer” kinoteatrı bir gecəlik qapılarını 300-dək kişi və qadın tamaşaçılarının üzünə açıb. Nümayiş etdirilmiş "On gün” tammetrajlı film İsrail həbsxanalarında cəza çəkən fələstinlilərə həsr olunub. Filmin çəkilişləri tam olaraq Qəzzada həyata keçirilib.
"Samer” kinoteatrı 1944-cü ildə inşa edilib, 1960-cı ildə fəaliyyəti dayandırılıb. Qəzza zolağının digər kinoteatrları 1980-ci illərin sonlarında bağlanıb.
banner

Oxşar Xəbərlər