AZE | RUS | ENG |

Qəsdən adam öldürmələr 13,8, adam öldürməyə cəhdlər 18,5 faiz azalıb

Qəsdən adam öldürmələr 13,8, adam öldürməyə cəhdlər 18,5 faiz azalıb
Bu ilin 8 ayında asayişin və ictimai təhlükəsizliyin təmini ilə bağlı qarşıya qoyulmuş vəzifələr bütövlükdə layiqincə yerinə yetirilib, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında əldə olunmuş müsbət nəticələr hesabat dövründə də qorunub-saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov sentyabrın 16-da Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında deyib.
Nazir 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmələrin 13,8, adam öldürməyə cəhdlərin 18,5, qəsdən sağlamlığa ağır zərərvurmaların 1,8, odlu silahın tətbiqi ilə törədilən cinayətlərin 7,5, mülkiyyət əleyhinə olan cinayətlərin 12,2, o cümlədən quldurluqların 7, hədə-qorxu ilə tələb etmələrin 19, dələduzluqların 27 faiz azaldığını, habelə cinayətlərin açılmasının yüksək olduğunu qeyd edib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289