Qərb gürcüləri barışdırmağa çalışır
Saakaşvili siyasi nüfuzunu
gücləndirir
Cənubi Qafqazın iki ən narahat ölkəsi - Ermənistan və Gürcüstanda
siyasi gərginlik səngimir. Qonşu dövlətlərdə vəziyyət fərqli olsa da, hər
ikisində proseslərin nəzarətdən çıxa biləcəyi istisna edilmir. Ermənistandan fərqli
olaraq Gürcüstanda Qərbin təsiri güclü olaraq qalır və bu səbəbdən də vəziyyətin
sabitləşməsinə çalışır. Qərb bu ölkənin iqtidarı ilə müxalifətini bir araya gətirməyə
cəhd göstərir. Bəlli olub ki, bu ayın sonlarında Avropa ölkələrindən birində
görüş olacaq. Bir neçə gün öncə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel
Tbilisidə səfərdə olarkən prezident Salome Zurabişvili və baş nazir İrakli
Qaribaşvili ilə görüşüb. Onlar koronavirus pandemiyası ilə bağlı mövcud durumu,
eləcə də, Avropa İttifaqı ilə Gürcüstan arasında 2014-cü il Assosiativ üzvlük
haqqında Sazişi müzakirə etməyə hazırlaşsalar da, söhbət başqa şeydən gedib. "Jamestown
Foundation” nəşri yazır ki, Aİ-nin yüksək rütbəli rəsmisinin səfəri zamanı Gürcüstanda yaşanan siyasi böhran səbəbindən,
söhbət başqa məcraya keçib. Məsələ ondadır ki, bu səfər ölkənin iri müxalifət
partiyası – "Vahid Milli Hərəkat” Partiyasının sədri Nika Meliyanın həbsi
fonunda baş tutub.
Yeri gəlmişkən, Gürcüstanda baş verənlər keçmiş prezident və "Vahid
Milli Hərəkat”ın lideri Mixail Saakaşvilinin siyasi nüfuzunun bərpasını nümayiş
etdirir. Meliyanın həbsindən əvvəl Saakaşvili xəbərdar etmişdi ki, əgər
hakimiyyət onun partiyasına hücuma keçərsə, buna ən qəti vasitələrlə cavab verəcək.
Saakaşvili istisna etməyib ki, kütləvi etiraz aksiyalarından sonra Ukraynadan
Gürcüstana geri dönəcək. Meliyanın həbsindən sonra keçmiş prezident, İvanişvili
və partiyasını ittiham edib, ölkədə diktaturanın qurulduğunu bildirib. Beynəlxalq
nəzarət altında seçkilər keçirilməsini və partiyasının, xalqı mobilləşdirmə
planlarından bəhs edib. Saakaşvilideyib ki, ölkəsini bürüyən hazırkı
siyasi böhran onu qətiyyən təəccübləndirmir. "Current Time” portalına müsahibə
verən Saakaşvili bəyan edib ki, böhrana səbəb onun özü də daxil, partiyasına
qarşı hücumlardır. Saakaşvili bildirib ki, Meliyanın həbsi müxalifət üzərinə
hücumun bir hissəsidir: "Əvvəlcə onlar qondarma cinayət işləri açmaqla mənim
ölkəyə gəlişimi əngəllədilər. İndi isə mən partiyama rəhbərlik etmək imkanından
məhrum edildikdən sonra təşkilat, lider kimi Nika Meliyanı elektron səsvermə ilə
seçib. Onlar onu da qondarma ittihamla həbs ediblər: Guya Meliya iki il əvvəl
mitinqdə polislə dava-dalaş salıb”. Meliyaya qarşı ittihamlar iki il əvvəl
qaldırılıb. Həmin vaxt ölkədə qonaq olan Rusiya deputatı Sergey Qavrilovun
Gürcüstan parlamentində spikerin kürsüsündə oturması müxalifətin hiddətinə səbəb
olmuş, bunun ardınca küçə yürüşlərinə başlanmışdı. 53 yaşlı Saakaşvili deyib
ki, o və Meliya VMH partiyasının hökumət tərəfindən hədəflənən yeganə üzvləri
deyillər. Saakaşvili bunu da bildirib ki, Gürcüstanda ötən payız keçirilmiş
parlament seçkisi hakim "Gürcü Arzusu” Partiyasının xeyrinə saxtalaşdırılıb. Lakin
beynəlxalq müşahidəçilər oktyabrın 31-də keçirilmiş seçkinin, əsasən azad və ədalətli
olduğunu bildiriblər.
Saakaşvili Gürcüstanda yaranmış vəziyyəti hazırda Rusiya və
Belarusdakı hadisələrə bənzədib. O Qərbi, Tbilisiyə qarşı kifayət qədər sərt
olmamaqda, Gürcüstanı Belarus qədər tənqid etməməkdə ittiham edib. Saakaşvili
yada salıb ki, Belarusda ötən avqustda keçirilmiş seçki saxtalaşdırılanda Qərb
Minskə münasibətdə daha sərt münasibət nümayiş etdirmişdi: "Qərb bu vaxtadək
niyə sakit dayanıb? Bəli, indi onlar Gürcüstanda baş verənlər barədə danışmağa
başlayıblar. Amma niyə sakit dayanıblar? Bu, anormal haldır. Gürcüstanda baş
verənlərin Belarusda olanlardan nə fərqi var? Heç bir fərq yoxdur. Yeganə fərq
burasındadır ki, Belarusdakı iqtisadi durum bir azca yaxşıdır. Qalan hər şey –
həbslər, təhdidlər, müxalifətin şantaj olunması – tamamilə eynidir”.
Atlantik Şurasınınekspertləri də Gürcüstanda baş verənləri şərh
edirlər. Şuranın Avrasiya Mərkəzinin direktoru, Səfir Con Herbstin fikrincə,
Gürcüstanda tərəflərin hamısı de-eskalasiyaya getməlidirlər. Onun fikrincə, son
18 il ərzində Gürcüstan qaynayan demokratiya kimi formalaşır, zaman-zaman
avtoritar istiqamətə meyllənir. Bu meyllənmə son bir neçə ildə, özəlliklə
qabarıq görünür. "Gürcüstan hökuməti Meliyanı dərhal azad etməli, BMH ilə
siyasi rəqabətini demokratik vasitələrlə idarə etməlidir. Gürcüstan demokratik
dövlət olduğundan, onun NATO və Aİ-yə üzvlük niyyətlərinə dəstək verməyə dəyər.
Amma əgər avtoritarizmə yuvarlansa, Gürcüstanın xeyrinə arqumentlər zəifləyir”,–
o, sözlərinə əlavə edir. Atlantik Şurasının Avrasiya Mərkəzinin ştatdankənar
aparıcı elmi əməkdaşı Terrel Jermen Star isə yazır ki, Meliyanın həbsinin
işıqlı tərəfi gürcüstanlıların əvvəllər də oxşar prosesləri yaşamış olmasıdır:
"2003-cü ildə yüz minlərlə insan küçələrə çıxaraqEduard Şevardnadzenin vəzifədən
getməsinə nail oldu. Keçmiş Sovet İttifaqında çox az xalqda gürcüstanlıların
azadlıq ruhu var. Bəli, pis vəziyyət yaranıb, ABŞ, baş nazir İrakli Qaribaşvili
hökuməti ilə işləməli, onun yadına demokratik dəyərlərlə bağlı öhdəliyini
salmalıdır. Amma yenə də, bu ölkədə yaşamış və "Qızılgül inqilabı”nın şahidi
olmuş biri kimi deyirəm, özünü demokratiyada geriləməyə qarşı səfərbər edə biləcək
bir xalq varsa, onlar da gürcüstanlılardır”. Bu arada ABŞ-da hər iki partiyanı
təmsil edən konqresmenlər müxalifət partiyasının qərargahına reydin və partiya
liderinin həbsinin "güclü narahatlıq” yaratdığını bildirib,Nika Meliyanın
digər siyasi məhbuslarla birlikdə dərhal buraxılmasına çağırıb. "Siyasi motivli
hərəkətlərin icrasında Gürcüstanın hüquq-mühafizə orqanları və ədliyyəsindən
istifadə, Gürcüstan demokratiyasının, onun avro-Atlantik yoluna təhlükə
yaradır”,– onlar qeyd edirlər. SenatorlarCim RişvəJan
Şahin, Nümayəndələr PalatasındanAdam KinzingervəGerri
Konnollibəyanata imza atıblar. Onlar Meliya, digər müxalifətçiGeorgi
Ruruadaxil siyasi məhbusların dərhal buraxılmasına çağıraraq, qeyd edirlər
ki, Gürcüstanda bütün siyasi partiyalar provokasiyaları dayandırmalı, böhranın
dinc həlli üzrə danışıqlar aparmalıdırlar.
Azər NURİYEV