AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Qərarları idman yox, siyasət verir”

“Qərarları idman yox, siyasət verir”

İdman
05 May 2020, 13:15 315
UEFA prezidenti Aleksandr Ceferin koronavirusa görə dünya futbolunda yaranmış durumla bağlı danışıb. 
 
Kaspi.az xəbər verir ki, Ceferin futbolun tezliklə qayıdacağına inandığını bildirib. Amma o, qərarın dövlət orqanlarından asılı olduğunu da qeyd edib: 
 
"İnsanlıq koronavirusu məğlub edəcək. Belə bir durum düzəni pozdusa, dünyamızın nə qədər kövrək və həssas olduğu aydın oldu. 
 
Futbol pozitiv enerjidən yaranır və onun qayıdışına qədər insanlar hər şeyin yaxşı getdiyini hiss etməyəcəklər. Futbol dəyişəcək, ancaq qısa müddətə. 
 
Köhnə və yaxşı futbol tezliklə qayıdacaq. İstərdik ki, onun qayıdışı ən qısa müddətdə baş versin. Ancaq bu, ilk növbədə dövlət orqanlarının qərarlarından asılıdır. İndi qərarları idman yox, siyasət verir”.