• cümə, 19 Aprel, 13:41
  • Baku Bakı 25°C

Qərar iyulun ortalarında veriləcək

16.06.20 09:15 666
Qərar iyulun ortalarında veriləcək
Yekaterinburqun ev sahibliyi edəcəyi sambo üzrə Avropa çempionatının keçirilmə tarixi ilə bağlı son qərar iyulun ortalarında veriləcək.
AZƏRTACTASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ümumrusiya və Avropa Sambo federasiyalarının prezidenti Sergey Yeliseyev məlumat verib. S.Yeliseyev bildirib ki, Avropada hava nəqliyyatında vəziyyətdən asılı olaraq qitə çempionatının keçirilmə vaxtında dəyişiklik edilə bilər. Əgər hər şey normal olarsa, yarış sentyabr ayında keçiriləcək. Hər hansı bir problem olarsa, Avropa çempionatı ilin sonuna təxirə salınacaq.
Onun sözlərinə görə, Yekaterinburq şəhərində Avropa çempionatına hazırlıqla bağlı bütün işlər plan üzrə gedir.
Qeyd edək ki, sambo üzrə qitə çempionatının əvvəlcə mayın 22-24-də keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyasına görə sentyabrın 17-21-nə təxirə salınıb. Yarış əvvəl nəzərdə tutulduğu kimi Yekaterinburqda keçiriləcək.
Xatırladaq ki, ötən il təşkil olunan Avropa çempionatında Azərbaycan samboçuları 2 bürünc medal qazanıblar.
banner

Oxşar Xəbərlər