• cümə, 29 Mart, 00:20
  • Baku Bakı 7°C

Qənirə Paşayeva: "Biz Türkiyə ilə bir millət, iki dövlətik, sevincimiz də, kədərimiz də eynidir"

31.07.21 19:00 694
Qənirə Paşayeva: "Biz Türkiyə ilə bir millət, iki dövlətik, sevincimiz də, kədərimiz də eynidir"
İyul ayının 28-dən başlayaraq qardaş ölkənin 21 vilayətində 63 meşə yanğını hadisəsi qeydə alınıb. Yanğınlar nəticəsində azı 4 nəfər həlak olub, onlarla şəxs xəstəxanalara yerləşdirilib. İlk növbədə, Ulu Tanrıdan həlak olanlara rəhmət, yaxınlarına səbir diləyirik.
BunuAZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Komitə sədri bildirib ki, qardaş ölkədə baş verən yanğınların səbəbi barədə səsləndirilən fərqli versiyaları təsdiq, yaxud təkzib etməzdən əvvəl, əsas diqqəti yanğın ocaqlarının tamamilə nəzarət altına alınmasına və itkilərin mümkün qədər az olmasına yönəltməliyik. Başvermə səbəbindən asılı olmayaraq, hazırda əsas vəzifə yanğının söndürülməsi, dəymiş ziyanın aradan qaldırılması üçün addımlar atılmasıdır. Qardaş ölkə xalqının həmrəyliyi, Türkiyə dövlətinin qətiyyətli addımları bu mərhələdə böyük önəmə malikdir. Türkiyədəki həmrəylik qürurvericidir. Eləcə də Azərbaycan Prezidenti başda olmaqla, dövlətimizin, xalqımızın hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə ilə həmrəyliyi və onun yanında olması xüsusilə dəyərlidir. Biz bir millətin iki dövləti olduğumuzu, sevincimizin də, kədərimizin də eyni olduğunu bir daha göstəririk.
Deputat qeyd edib ki, qardaş ölkədə baş vermiş və fəsadlar törətmiş güclü meşə yanğınları bizi də dərindən kədərləndirir. Əlbəttə, qardaş dövlətin qətiyyətli qərarları, xalqın həmrəyliyi, qardaş və əsl dost ölkələrin dəstəyi ilə yanğınlar söndürüləcək. Əziz Türkiyə bu fəlakətin də öhdəsindən gələcək, yeni bir uğur örnəyi yaradacaq.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkədəki meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasının qarşısının alınması üçün qardaş ölkəyə Azərbaycandan yardım dəstələri göndərir.
Bir daha, qardaş ölkənin yanında olduğumuzu bildirərək deyirik: "Sənin meşələrinlə yanaşı, bizim ürəyimiz də yanır!”.
banner

Oxşar Xəbərlər