• çərşənbə axşamı, 23 aprel, 12:59
  • Baku Bakı 24°C

“Qəhrəmanımızı tanı!” adlı tədbir

28.09.22 12:30 767
“Qəhrəmanımızı tanı!” adlı tədbir

27 sentyabr Anım günü ilə əlaqədar L. və M.Rostropoviçlərin Ev-muzeyində “Qəhrəmanımızı tanı!” adlı tədbir keçirildi. 

Muzeyin qarşısında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən Hərbi Hava qüvvələri orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni, orkestrin  “Qələbə” marşı, II Vətən Müharibəsi qazisi, muzeyin əməkdaşı, bəstəkar Vüqar Məmmədzadənin “Zəfər” marşının səsləndirilməsi ilə başladı.

Anım Günü tədbirində istedadlı musiqiçi, tuba ifaçısı, Şəhid Mahmudov Tamerlana həsr olumuş qısa film, çıxış etdiyi konsertlərdən video kadrlar nümayiş olundu. Prezident təqaüdçüsü, Bəstəkar, qazi  Vüqar Məmmdəzadəya həsr olunmuş “Bir addım da olsa” filmi nümayiş olundu.

Muzeyin böyük elmi işçisi S.Qurbanova elmi işçisi R.Həsənova Şəhidimiz və Qazimiz haqqında məruzə ilə çıxış etdilər. 

Göstərdiyi Dəstəyə Görə Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri Orkestrinin rəhbərliyinə və orkestr üzvlərinə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəhbəri cənab İbrahim Əliyev və əməkdaşlarına Təşəkkürümüzü bilidiririk.

banner

Oxşar Xəbərlər