AZE | RUS | ENG |

Qədim Palmira şəhərinin barelyefləri bərpa edilir

Qədim Palmira şəhərinin barelyefləri bərpa edilir
Dəməşq Milli Muzeyində UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş və İŞİD terrorçuları tərəfindən dağıdılmış qədim Palmira şəhərinin barelyeflərinin bərpasına başlanılıb. AZƏRTACTASS informasiya agentliyinə istinadla xəbər verir ki, muzeyin direktoru Osman Səəd barelyeflərdəki insan təsvirlərinin tamamilə yox edildiyini deyib.
Muzeyin direktoru qeyd edib ki, barelyeflərin hissələri qədim şəhərin terrorçulardan azad edilməsindən sonra Dəməşqə gətirilib. Lakin heykəllərin bir çoxu hələ də xarabalığa çevrilmiş Palmirada qalır. Onun sözlərinə görə, qiymətli mədəniyyət abidələrinin yüksək səviyyədə bərpa olunması üçün təcrübəli mütəxəssislər dəvət edilib.
Mütəxəssislər barelyefləri köhnə fotoşəkillər əsasında bərpa edirlər. Bu prosesdə Palmiradan gətirilmiş əhəngdən istifadə edilir. Bərpa işləri Suriya hökumətinin maliyyə vəsaiti hesabına aparılır. Eyni zamanda, tarixi heykəllərin üçdəikisinin oğurlandığı və başqa ölkələrə aparıldığı da bildirilir. Siyasi mülahizələr səbəbindən yaxın vaxtlarda qədim Palmira abidələrinin bərpası prosesinə beynəlxalq təşkilatların maliyyə dəstəyi istisna edilir.
Palmiranın çiçəklənməsi dövrü eramızın I-III əsrlərinə təsadüf edir. Müasir dövrədək səhrada qalmış memarlıq abidələrinin əksəriyyəti də həmin dövrə aiddir. Buradakı tarixi-mədəniyyət abidələrinin əksəriyyəti İŞİD terrorçuları tərəfindən 2016-cı ilin dekabrından 2017-ci ilin mayınadək məhv edilib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9069
GEL 1 1 Gürcüstan larisi 0.5911
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1256
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1811
CHF 1 1 İsveçrə frankı 1.7284
KWD 1 1 Küveyt dinarı 5.589
TRY 1 1 Türkiyə lirəsi 0.3002