“Qəbələ”nin sabiq məşqçisi Ronaldo ilə nədən danışıb?
"Yuventus”
Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Lokomotiv”i qəbul edib və
qalib gəlib – 2:1.
Kaspi.az xəbər
verir ki, "Lokomotiv”in baş məşqçisi Yuri Syomin qarşılaşmadan sonra "Yuventus”un
futbolçusu Kriştiano Ronaldo ilə söhbətləşib. "Qəbələ”nin sabiq baş məşqçisi
portuqal futbolçu ilə nədən söhbət etdiyini açıqlayıb:
"Ronaldo ilə nədən
danışdıq? Kriştiano dedi ki, bizim çün çətin oldu, siz bir qədər də açıq oynaya
bilərdiniz.
Mən də cavabında
dedim ki, bir qədər də açıq oynasaydıq, onda bizə daha ağır olardı”.
3 turdan sonra
"Yuventus” 7, "Loko” isə 3 xal toplayıb.