AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Qəbələ“nin “Ayaks“la oyunu təxirə salındı

“Qəbələ“nin “Ayaks“la oyunu təxirə salındı

İdman
24 Aprel 2013, 14:54 1332
Aprelin 21-dən Hollandiyada təlim-məşq toplanışında olan “Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandasının ilk yoxlama oyunu baş tutmayıb. Bu barədə apasport.az saytına “Qəbələ” Akademiyasının direktor müavini Nail Kərimov məlumat verib. O bildirib ki, dünən “Ayaks”la baş tutmalı qarşılaşma keçirilməyib.

Belə ki, Amsterdam klubunun məşqçilər heyəti oyun qrafiklərindəki sıxlığa görə matçın təxirə salınmasını xahiş edib. “Qəbələ” isə buna razılıq verib. Beləliklə, tərəflərin razılığı ilə təmsilçimizin “Ayaks”dan olan həmyaşıdları ilə görüşü sabah saat 16:30-a planlaşdırılıb.

Ancaq “Qəbələ” bu gün planlaşdırıldığı kimi, “Brügge” ilə gücünü sınayacaq. Belçika klubu ilə oyun saat 18:00-da baş tutacaq. Komanda ayın 28-də Düsseldorf “Fortuna”sı ilə də qarşılaşacaq.

Qeyd edək ki, Hollandiya toplanışı iyundan “Qəbələ” Akademiyasının direktoru vəzifəsində işə başlayacaq Stenli Brardın vasitəçiliyə baş tutub. Toplanış II “Qəbələ Kuboku” beynəlxalq turnirinə hazırlıq məqsədi güdür.