• cümə, 29 Mart, 02:09
  • Baku Bakı 7°C

Qəbələli fermerlər cari ildə 75 hektarda tütün yetişdirirlər

18.07.19 18:58 23179
Qəbələli fermerlər cari ildə 75 hektarda tütün yetişdirirlər
Bu il Qəbələ rayonunun təsərrüfatlarında 75 hektar sahədə tütün əkilib. Qəbələli fermerlər cari mövsümdə 5 hektarda "Virciniya” növlü ətirli, 70 hektarda isə yerli tütün sortları yetişdirirlər. Bir neçə gündür ki, təsərrüfatlarda tütün yığımına başlanılıb. Fermerlər ilk günlər sahələrdən 4 ton yaşıl tütün yarpağı toplayaraq ipə düzüblər.
Bu barədəAZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, əvvəlki illərdə olduğu kimi, qəbələli fermerlər bu il yenə də yerli tütün sortlarının əkininə üstünlük veriblər. Yaxın günlərdə "Virciniya” növlü tütünün dəriminə də başlanılacaq.
Xatırladaq ki, ötən il də qəbələli fermerlər 75 hektar sahədə tütün yetişdirib, 99 tonadək quru tütün istehsal ediblər.
banner

Oxşar Xəbərlər