• cümə, 29 Mart, 01:46
  • Baku Bakı 7°C

Qəbələdə ağır yol qəzası - Ölən və yaralananlar var

22.04.19 20:18 920
Qəbələdə ağır yol qəzası - Ölən və yaralananlar var
Qəbələ rayonunda ağır yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 51-ci kilometrliyində, Qəbələ rayonunun Bunud kəndi ərazisində baş verib.
1996-cı il təvəllüdlü Abbasov Murad Aydın oğlunun idarə etdiyi BMW markalı avtomobil qarşıdan gələn, 1985-ci il təvəllüdlü Xəlilov Emin Qulfəddin oğlunun idarə etdiyi "VAZ 2106 markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində VAZ 2106 markalı avtomobildə olan sərnişin, 1977-ci il təvəllüdlü Vəliyev Ceyhun Yaramməd oğlu hadisə yerində ölüb, hər iki sürücü və sərnişin Osmanlı İlkin Heydər oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.
banner

Oxşar Xəbərlər