• cümə, 19 Aprel, 15:19
  • Baku Bakı 25°C

“Qəbələ” və “Qarabağ”ın oyunlarının hakimləri açıqlandı

22.08.16 15:31 1141
“Qəbələ” və “Qarabağ”ın oyunlarının hakimləri açıqlandı
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarının hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçilərindən "Qarabağ”ın oyunu rusiyalı, "Qəbələ”nin qarşılaşması macarıstanlı ədalət təmsilçilərini tapşırılıb.

Sonuncuların Sloveniyada "Maribor”la dueli məşhur Viktor Kaşşai idarə edəcək. Ağdamlıların İsveç "Höteborq”u ilə ev görüşü isə postsovet məkanında tanınan Vladislav Bezborodova həvalə olunub.

Avropa Liqası
Pley-off, cavab oyunları
25 avqust
21:30. "Qarabağ” – "Höteborq” (İsveç)
Baş hakim: Vladislav Bezborodov Baş hakimin köməkçiləri: Valeri Dançenko, Maksim Qavrilin Dördüncü hakim: Kirill Levnikov (hamısı Rusiya)
Hakim-isnpektor: Mixael Tomas Ross (Şimali İrlandiya)
UEFA nümayəndəsi: Conni Vanspaun (Belçika)
Bakı. T. Bəhramov adına Respublika stadionu

22:15. "Maribor” (Sloveniya) – "Qəbələ”
Baş hakim: Viktor Kaşşai
Baş hakimin köməkçiləri: Qyorgi Rinq, VençelTot
Dördüncü hakim: TamaşBoqnar (hamısı Macarıstan)
Hakim-isnpektor: İqor İşenko (Ukrayna)
UEFA nümayəndəsi: Kris Bonet (Malta)
Maribor.Maribor. "Lyusdki Vrt” srtadionu
banner

Oxşar Xəbərlər