• şənbə, 20 Aprel, 12:41
  • Baku Bakı 23°C

“Qəbələ” və “Neftçi” birgə məlumat yayıb

11.08.16 01:02 1058
“Qəbələ” və “Neftçi” birgə məlumat yayıb
"Mövsüm ərzində fasiləsiz olaraq oyunların təşkil edildiyi stadionlar müəyyən vaxtlarda rennovasiya işləri üçün bağlanır. Bildiyiniz kimi, artıq bəzi klublarımız mövsüm bitdikdən sonra ev oyunlarını keçirdikləri stadionlarda bu işləri həyata keçirməyə başlayıblar”.

Apasport.az saytının məlumatına görə, bu sözlər "Qəbələ” və "Neftçi”nin birgə yayımladığı məlumatda yer alıb.

Hər iki klubun birgə hazırladığı və rəsmi saytları vasitəsilə ictimaiyyətə təqdim etdikləri məlumatda futbol komandalarının növbəti oyunlarının digər stadionlarda keçirmələrinin səbəbləri qeyd edilib: "8-ci km qəsəbə stadionunda rennovasiya işlərinin aparılması "Qəbələ” və "Neftçi” klublarının Avropa Liqasında çıxışı səbəbindən mümkün olmamışdı.

Havaşəraitinin isti keçməsi arenada qeyd olunan tədbirlərin görülməsi zərurətini meydana çıxarıb.

"Qəbələ” İK və "Neftçi” PFK nümayəndələri 09.08.2016-cı il tarixində stadionun ot örtüyünə baxış keçirərək burada oyunların keçirilməsini məqsədəuyğun hesab etməyiblər.

Rennovasiya işləri ilə əlaqədar "Qəbələ” Avropa Liqasının pley-of mərhələsi matçını, "Neftçi” isə ölkə çempionatının oyunlarını digər stadionlarda keçirəcək”.
banner

Oxşar Xəbərlər