• çərşənbə, 24 Aprel, 14:29
  • Baku Bakı 27°C

Qəbələ Musiqi Festivalı çox möhtəşəm musiqi bayramıdır

02.08.21 18:15 522
Qəbələ Musiqi Festivalı çox möhtəşəm musiqi bayramıdır
Qəbələ Musiqi Festivalında bir neçə dəfə iştirak etmişəm. Yenidən burada olmağıma görə çox şadam. Azərbaycanın ən gözəl məkanlarından birində - Qəbələ şəhərində ənənəvi olaraq hər il keçirilən bu festival çox möhtəşəm musiqi bayramıdır. Bu festivalın çox böyük ənənəsi var. Əvvəlki festivallarda dünyanın bir çox ölkəsindən məşhur musiqiçilər, ifaçılar, orkestrlər iştirak ediblər. Builki festival isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunub. Festivalın konsertlərində Musiqi Akademiyasının müəllim, tələbə və məzunları çıxış edirlər.
Bu sözləriAZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində XII Qəbələ Musiqi Festivalının iştirakçısı, Bakı Musiqi Akademiyasının professoru, beynəlxalq müsabiqələr laureatı, Xalq artisti, pianoçu Murad Hüseynov deyib.
Bakı Musiqi Akademiyasının çox böyük ənənələri olduğunu vurğulayan musiqiçi deyib: "Akademiyanın 100 illiyinin dövlət səviyyəsində qeyd olunması çox böyük hadisədir. Sevindirici haldır ki, festivalın konsertlərində istedadlı tələbələrə geniş yer ayrılıb. Şübhə etmirəm ki, bu gənclər gələcəkdə Azərbaycanın musiqi ənənələrini dünya səhnələrində böyük uğurla nümayiş etdirəcəklər.
banner

Oxşar Xəbərlər