• cümə axşamı, 25 aprel, 08:03
  • Baku Bakı 14°C

“Qəbələ” ilə “Qarabağ”ın Avropa Liqasındakı rəqibləri qələbə qazanıb

12.09.16 09:35 1016
“Qəbələ” ilə “Qarabağ”ın Avropa Liqasındakı rəqibləri qələbə qazanıb
Belçika çempionatında 6-cı tura start verilib.

Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasının qrup mərhələsində "Qəbələ”nin rəqiblərindən biri olan "Anderlext” öz meydanında "Şarlerua” ilə üz-üzə gəlib. Brüssel təmsilçisi oyunun əvvəlində hesabda geri düşsə də, qarşılaşmanı qələbəylə başa vurmağı bacarıb - 3:2. 6 turdan sonra hesabında 12 xal olan "Anderlext" 2-ci pillədə qərarlaşıb.

Yunanıstan Superliqasında isə 2016/17 mövsümünə start verilib. Klubların boykotu səbəbindən ilk 2 turu təxirə salınan birincilik nəhayət başlayıb. UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqiblərindən olan PAOK ilk oyununu keçirib və mövsümə 3 xalla girib. Saloniki təmsilçisi evdə "Panetolikos”u məğlub edib - 2:1.

Qeyd edək ki, "Qəbələ” qrupdakı ilk oyununu səfərdə "Anderlext”ə qarşı keçirəcək. Matç sentyabrın 15-də baş tutacaq. "Qarabağ” isə PAOK-u qrup mərhələsinin 2-ci turunda, oktyabrın 20-də qəbul edəcək.
banner

Oxşar Xəbərlər