• cümə, 19 Aprel, 20:20
  • Baku Bakı 24°C

Qazaxıstandan 2 medal

30.05.13 13:50 1660
Qazaxıstandan 2 medal
Qazaxıstanın Pavlodar şəhərində ölkənin əməkdar məşqçisi Rafael Vahidovun şərəfinə boks üzrə beynəlxalq turnirə yekun vurulub. Lent.az-ın məlumatına görə, yarışda yerli idmançılarla yanaşı, Azərbaycan, Rusiya, Ukrayna, Özbəkistan, Qırğızıstan, İraq, Monqolustan, Suriya və Tacikistan komandaları da iştirak edib.
Turnirdə ölkəmizi Rəhim Allahverdiyevin rəhbərliyi altında “Qızıl Əlcək” klubunun boksçuları – Kamran Orucov (56 kq), Salman İbrahimov (64 kq), Qorxmaz Vəliyev (81 kq), Toğrul İsayev, Vətən Hüseyni (hər ikisi 91 kq) və İlqar Allahverdiyev (91+kq) təmsil ediblər. Komandamız yarışı bir gümüş və bir bürünc medalla başa vurub. 2012-ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı Vətən Hüseynli ilk dəfə 91 kq çəki dərəcəsində çıxış etməsinə baxmayaraq, gümüş medala layiq görülüb. Toğrul İsayev isə yarışı 3-cü yerdə başa vurub.
banner

Oxşar Xəbərlər