• cümə axşamı, 28 mart, 21:46
  • Baku Bakı 13°C

Qazaxıstanda fövqəladə vəziyyət elan edilib

27.01.20 13:15 1569
Qazaxıstanda fövqəladə vəziyyət elan edilib
Qazaxıstanın paytaxtı Nur-Sultan da daxil olmaqla Karaqanda, Pavlodar və Şərqi Qazaxıstan əyalətlərində bir neçə gündür çovğun, qar fırtınası hökm sürür.
AZƏRTACxəbər verir ki, Nur-Sultanda çovğun və qar fırtınasının güclənməsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Bu barədə Qazaxıstan Daxili İşlər nazirinin müavini Yuri İlin açıqlama verib.
Hazırda altı regionda fövqəladə hallar komissiyalarının iclası keçirilir. Yaşayış məntəqələrinin qida və digər lazımı vasitələrlə təmin edilməsində çətinliklər yaranan ərazilərdə fövqəladə vəziyyət elan olunacaq. Respublikanın 83 ərazisində avtomobil yollarının hərəkəti məhdudlaşdırılıb, onlardan 49-u respublika və 34-ü vilayət əhəmiyyətlidir.
Qeyd edək ki, sinoptiklərin məlumatına görə, Akmolin, Atırau, Aktyubin, Kostanay, Qızılorda vilayətlərində, eləcə də ölkənin qərb və şimal regionlarında çovğunla müşayiət olunan güclü külək əsəcək, küləyin sürəti saniyədə 15-20 metr olacaq. Bu hava şəraiti yaxın bir neçə gün davam edəcək.
Xatırladaq ki, artıq yeddi gündür Qazaxıstanın paytaxtı və ölkənin digər bölgələrində hava şəraitinin pis olması ilə əlaqədar məktəblərdə və kolleclərdə dərslər ləğv edilib.
banner

Oxşar Xəbərlər