• çərşənbə axşamı, 23 aprel, 12:15
  • Baku Bakı 24°C

Qazaxıstan və Azərbaycanı uzunmüddətli iqtisadi münasibətlər birləşdirir

05.12.19 13:51 467
Qazaxıstan və Azərbaycanı uzunmüddətli iqtisadi münasibətlər birləşdirir
Qazaxıstan və Azərbaycanı uzunmüddətli iqtisadi münasibətlər birləşdirir.
Trend-in məlumatına görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov deyib.
O bildirib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iki ölkə arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verir:
"Qazaxıstan müstəqillik dövründə 320 milyard dollardan çox birbaşa xarici investisiya cəlb edib. Qazaxıstan tərəfindən icra olunmuş iri infrastruktur layihələri ölkəyə indiki inkişaf səviyyəsinə çatmağa imkan verib”.
Səfir iki ölkənin əməkdaşlıq tarixində qeydə alınan vacib hadisələri, o cümlədən Xəzər dənizinin dibi ilə keçən Trans-Xəzər fiberoptik kabel xətti layihəsinin işə salınmasını xatırladıb.
Səfir vurğulayıb ki, Azərbaycan bundan sonra da Qazaxıstanın vacib iqtisadi, investisiya və mədəni tərəfdaşı olacaq.
banner

Oxşar Xəbərlər