• çərşənbə axşamı, 23 aprel, 21:16
  • Baku Bakı 20°C

Qazaxıstan OPEC+ ölkələri nazirlərinin videokonfransında iştirak edəcək

08.04.20 09:15 501
Qazaxıstan OPEC+ ölkələri nazirlərinin videokonfransında iştirak edəcək
Qazaxıstan OPEC+ ölkələri nazirlərinin aprelin 9-da keçiriləcək videokonfransında iştirak edəcək.
AZƏRTACxəbər verir ki, Qazaxıstan tərəfi danışıqlardan sonra müsbət nəticələr əldə edəcəyinə ümid bəsləyir. Qazaxıstan hər zaman OPEC+ sazişi çərçivəsində öhdəliklərini yerinə yetirməyə çalışır və konstruktiv dialoqa sadiqdir.
Görüşdə qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni "Əməkdaşlıq Bəyannaməsi”nin müzakirəsi nəzərdə tutulur.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı neft bazarında arzu olunan tarazlığı bərpa etmək və ədalətli razılığa gəlmək üçün OPEC+ və digər dövlətlərin təcili fövqəladə iclasını çağırıb.
banner

Oxşar Xəbərlər