Qazax sakini minaya düşərək ölüb
Qazax rayon sakini minaya düşərək ölüb.
Bu barədə"Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Hadisərayonun Bala Cəfərli kəndində qeydə alınıb.Belə ki,rayonun Xanlıqlar kənd sakini, 1988-ci il təvəllüdlü Məmməd Mərdanov rayonun Bala Cəfərli kəndində minaya düşərək həlak olub.
Faktla bağlı araşdırma aparılır.