• cümə, 29 Mart, 03:39
  • Baku Bakı 7°C

Qayıtmaq istəsə, yerini ona verməyə hazırdır

04.09.19 15:00 1174
Qayıtmaq istəsə, yerini ona verməyə hazırdır
İspaniya yığmasının baş məşqçisi Roberto Moreno Luis Enrikeyə dəstək olub.
Kaspi.az xəbər verir ki, Moreno baş məşqçi postundakı yerini azyaşlı qızı ölən Enrikeyə verməyə hazır olduğunu bildirib:
"Mən Luisi dostum hesab edirəm. Dostluq isə hər şeydən üstündür. Əgər o, yığmanın baş məşqçi postuna qayıtmaq istəsə, mən böyük məmnuniyyətlə yerimi ona verərəm və onunla işləməyə davam edərəm.
Bu həftə çox ağır oldu. Bu ağır vaxtda çalışacağıq ki, yığma ilə birgə kiçik də olsa sevinc bəxş edək. Bu, bizim edə biləcəyimiz yeganə işdir”.
Enrike bu ilin iyun ayında qızın xəstəliyi ilə əlaqədar İspaniya yığmasının baş məşqçi postunu tərk etmişdi.
banner

Oxşar Xəbərlər