• cümə axşamı, 03 iyul, 13:20
  • Baku Bakı 26°C

Qayınatası və qayınanasına xəsarət yetirən şəxsə cinayət işi açıldı

08.06.21 17:30 447
Qayınatası və qayınanasına xəsarət yetirən şəxsə cinayət işi açıldı
Qayınatası və qayınanasına yaşadıqları evlərində xəsarət yetirən şəxsə cinayət işi açılıb.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən Kaspi.az-a bildirilib ki, Sumqayıt şəhəri ərazisində 03.06.2021-ci il tarixdə Namiq Ələkbərovun qayınatası və qayınanasına yaşadıqları evlərində xəsarət yetirməsi ilə bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanmışdır.
Namiq Ələkbərov CM-nin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.
Hazırda Sumqayıt şəhər polis idarəsində istintaq davam edir.
banner

Oxşar Xəbərlər