• şənbə, 20 Aprel, 06:36
  • Baku Bakı 14°C

Qayıdacaq, amma prezident kimi yox

27.06.19 12:23 716
Qayıdacaq, amma prezident kimi yox
"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola "Barselona”ya qayıtmaq perspektivi barədə danışıb.
Kaspi.az xəbər verir ki, Qvardiola nə vaxtsa "Barsa”ya qayıdacağını istisna etməyib. Ancaq o, klubda prezident postunu tutmayacağını bildirib:
"Gec və ya tez, "Barselona”ya qayıdacağam. Ancaq prezident kimi yox. Bu iş mənlik deyil.
Bu variantı başımdan çıxartmışam. Prezident postunu tutmaq istəyən şəxs buna hazır, müəyyən biliklərə malik olmalıdır. Bu iş mənlik deyil.
Mən yaxşı məşqçi olmağa çalışıram. Bu yöndə isə işlərim pis getmir. Prezidentlik tamamilə başqa bir işdir. Rəsmi şam yeməyi də olduqca darıxdırıcıdır”.
banner

Oxşar Xəbərlər