• cümə, 29 Mart, 09:48
  • Baku Bakı 5°C

“Qayğı onların ən çox ehtiyac duyduğu hissdir”

24.04.20 11:00 2153
“Qayğı onların ən çox ehtiyac duyduğu hissdir”
Elşən Əhmədov: "Deyirdi ki, axı bunları mənim övladlarım etməlidirlər...”
Pandemiya dövrünün qəhrəmanlarından biri də könüllülərdir. Hansı ki, onlar belə məhdudiyyətli dövrlərdə könüllü şəkildə, yaşı 65-dən yuxarı olan ahıl və tənha vətəndaşlara kömək edir, onların zəruri ehtiyaclarını ödəməyə yardımçı olurlar. Biz də "Könüllü” rubrikamızda böyüklərimizə təmənnasız dəstək olan gənclərimizlə söhbətləşdik. HəmsöhbətlərimizDOST agentliyinin könüllüsü Elşən Əhmədov ASAN xidmət könüllüsü Ağaəli Tehranlıdır.
Elşən Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Universitetinin Sosial iş fakültəsinə daxil olub. Məktəbin yuxarı siniflərindən başlayaraq ictimai fəaliyyətlə məşğul olub. Özəl və dövlət qurumlarında, beynəlxalq layihələrdə könüllü olaraq çalışıb: "Hərbi xidməti bitirdikdən sonra DOST Agentliyində könüllü olaraq fəaliyyətə başladım. Daha sonra koronavirus pandemiyası ilə bağlı bir çox yerlər bağlandığına görə, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil Nazirlikləri və "Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə yaradılan yaşı 65-dən yuxarı tənha vətəndaşlar üçün "Böyüklərimizi qoruyaq!” adlı sosial aksiyaya qoşuldum. Sosial xidmət göstərən sosial xidmətçilərin yanında könüllü kimi fəaliyyət göstərirəm”.

- "Böyüklərimizi qoruyaq!”aksiyasındakı fəaliyyətinizdən danışaq...
- Bildiyimiz kimi koronavirus pandemiyası ilə bağlı 65 yaşdan yuxarı insanların çölə çıxmasına i qadağa qoyulub. Biz də tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlarımıza xüsusi olaraq, sosial xidmətlər göstəririk. Həmin şəxslər, həmçinin, onları ətrafında, qonşuluğunda yaşayanlar 142 çağrı mərkəzinə zəng edərək özləri haqqında məlumat verirlər. O məlumatların əsasında sosial xidmətçi və bir könüllü ünvanlara gedir, şəxslərin istədiklərini icra edirik. Hansısa zəruri ehtiyac varsa, bunlar qarşılanır. Mağazadan ərzaq alıb gətiririk. Alış-veriş etdikdən sonra isə qəbzlər və pulun qalıq hissəsi xidmət göstərdiyimiz şəxsə qaytarılır. Sonra növbəti çağırışın arxasınca gedirik.


banner

Oxşar Xəbərlər