cümə, 27 Yanvar, 14:59

Baku Bakı 7°C

Qardaşlardan narkotik və silah-sursat götürüldü

icon 225 icon 26 noyabr 2022 | 13:00 Qardaşlardan narkotik və silah-sursat götürüldü

Lənkəran sakini olan iki qardaşdan narkotik və silah-sursat aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Kaspi.az-a verilən məlumata görə, Astara rayon sakini Ramin Babayev polisə məlumat verərək gecə saatlarında Lənkəran rayonu ərazisində tanımadığı 3 nəfər şəxsin onu bıçaqla hədələyərək mobil telefonunu aldıqdan sonra oradan uzaqlaşdıqlarını bildirib. Məlumat əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin quldurluq barədə polisə bilərəkdən yalan məlumat verdiyi müəyyən edilib. Belə ki, araşdırmalarla məlum olub ki, həmin şəxs öz mobil telefonunu narkotik vasitə əldə etmək üçün Lənkəran rayon sakini Bəhruz Hüseynzadəyə verib. Polis əməkdaşlarının keçirdikləri əlavə əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bəhruz Hüseynzadə və qardaşı İsmət Hüseynzadə saxlanılıblar. Şəxsi axtarış zamanı hər ikisinin üzərindən heroin aşkarlanıb. Bundan başqa Bəhruz Hüseynzadənin yaşadığı evə keçirilən baxış zamanı onun R.Babayevdən narkotik vasitə qarşılığında aldığı mobil telefon, 585 qram heroin, 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmin silaha aid 2 ədəd patron, əlavə olaraq 3 ədəd 7.62 kalibrli patron və 1 ədəd soyuq silah hesab edilən bıçaq və aşkarlanaraq götürülüb.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.