• çərşənbə axşamı, 23 aprel, 22:52
  • Baku Bakı 20°C

Qardaşlar qonşularını ölümcül döydülər - Azərbaycanda

05.07.14 09:58 974
Qardaşlar qonşularını ölümcül döydülər - Azərbaycanda
Cəlilabadda qonşuların torpaq mübahisəsi davaya çevrilib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən axşam rayonun Uzuntəpə kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 35 yaşlı Maarif Məmmədəli oğlu Ağayevlə onun çəpər qonşuları olan Ramin və Zamin Əzimov qardaşları arasında torpaq mübahisəsi yaranıb. Ona məxsus həyətyanı torpaq sahəsinin 2 metrə yaxın hissəsinin Əzimov qardaşları tərəfindən zəbt edildiyini görən Maarif Ağayev buna etiraz edib. Mübahisə Maarif Ağayevin öz həyətindəcə qonşuları tərəfindən döyülməsi ilə başa çatıb. Sağ körpücük sümüyünün sınığı diaqnozu ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Maarif Ağayevə müvafiq tibbi yardım göstərilib və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər